Avqustun 7-də, İstanbulda, Yenikapı meydanında "Demokratiya və Şəhidlər” mitinqi keçirilib. 5 milyon insanın qatıldığı mitinq "TRT” telekanalının "youtube” kanalı vasitəsilə türk, ingilis, fransız, ispan, alman, rus və ərəb dillərində yayımlanıb.
Mitinqdə Türkiyənin iqtidar və müxalifət partiyalarının liderləri, sabiq baş naziri Əhməd Davudoğlu, keçmiş prezident Abdulla Gül, ölkənin tanınmış şəxsləri iştirak edib.
Prezident Rəcəb Tayyip Ərdoğan da helikopterlə Yeniqapı meydanına gəlib.
"Demokratiya və Şəhidlər” mitinqində Milliyətçi Xalq Partiyasının (MHP) sədri Dövlət Baxçalı, Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlu, Silahlı Qüvvələrinin baş qərərgah rəisi Hulusu Akar, baş nazir Binəli Yıldırım, TBMM sədri İsmayıl Qəhrəman və prezident Rəcəb Tayyib Ərdoğan çıxış edib. Mitinq "İstiqlal marşı”-nın səsləndirilməsi və şəhidlər üçün dua oxunması ilə başlayıb.
Aksiyada ilk olaraq 15 iyul çevriliş cəhdi zamanı yaralanan gənc çıxış edib və həmin gecə baş verənləri bir daha xatırladıb.
Daha sonra Milliyyətçi Xalq Partiyasının (MHP) sədri Dövlət Bahçeli tribunaya çıxaraq xalqa meydanlarda olduğu və xainlərə çəkinmədən dərslərini verdiyi üçün təşəkkür edib. O bildirib ki, 15 iyul yeni bir işğal cəhdi, yeni bir fəlakət həmləsi idi. Ancaq türk milləti buna boyun əymədi.
O, mitinq iştirakçılarına səslənərək deyib: "İradənizi oğurlamaq istədilər rədd etdiniz, yeri gəldi tankın önünə yatdınız, gül baxçasına girən kimi güllələrin üzərinə getdiniz, çünki siz Türkiyəsiniz, türk millətisiniz, böyük bir əcdadın mirasısınız. Türkiyə bugünkü mitinqlə tək ürək olduğunu göstərdi, ayrılığımız, fərqliliyimiz yoxdur. Bu birliyi qərarlı şəkildə qorumalıyıq. Şəhidlərimizin xatirə və vəsiyyətləri bizə əmanətdir. 15 iyul bir milad, dönüm nöqtəsidir. Bu ruh davam etdiyi müddətcə heç bir xain bizə yaxınlaşa bilməyəcək”.
Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlu sona qədər vətənə sahib çıxacaqlarını deyib. O bildirib ki, cumhuriyyəti qorumaq kər kəsin vəzifəsidir. CHP sədri bu günün Türkiyə demokratiya tarixinin ən önəmli günü olduğunu deyib: "Bu gün türk siyasi həyatı demokratiya tarixində önəmli bir hadisəyə imza atdı. 15 iyul gecəsi Türkiyə Silahlı Qüvvələrinin içindəki bir qrup Türkiyə demokratiyasını devirmək istədi. Parlament sistemini devirmək istədilər. 15 iyul gecəsi səhərə qədər TBMM-i açıq saxlayan və idarə edən sədrə təşəkkür edirəm. 240 nəfər demokratiya şəhidinə Allahdan rəhmət diləyirəm. Onlar demokratiya tariximizin qızıl səhifəsində yer aldılar”.
Kılıçdaroğlu deyib ki, 15 iyul hadisəsi Türkiyə cəmiyyətinə bir uzlaşma qapısı açıb. "15 iyuldan artıq yeni bir Türkiyə vardır. Əgər biz bu gücü, bu uzlaşma kültürünü daha da inkişaf etdirə bilsək, uşaqlarımıza gözəl bir Türkiyəni birlikdə miras qoyarıq” deyən CHP lideri partiyasının bundan sonra atılmasını zəruri bildiyi 12 bəndlik təkliflər paketini diqqətə çatıdırıb.
Çıxışı əvvəlcədən nəzərdə tutulmayan Türkiyə Silahlı Qüvvələrinin baş qərərgah rəisi Hulusu Akar da tribunaya çıxıb. O bildirib ki, türk milletinin canı bahasına demokratiyanın davamı üçün gösterdiyi fədakarlıq təqdirəlayiqdir: "Türkiyə Silahlı Qüvvələrinə sızmış Fətullah mənsublu xainlər tariximizdə görünməmiş bir şəkildə vətənimizə, millətimizə, bu rəzaləti yaşatdı, Silahlı Qüvvələrimizin şan və şərəflə dolu keçmişinə ləkə sürtdülər. Bu rəzaləti Türkiyə dövlətinə, keçmişi şan və şərəflə dolu Türkiyə Silahlı Qüvvələrinə və zadəgan millətimizə yaşadan xainlər ən ağır şəkildə cəzalandırılacaqlar. Bundan heç kimin şübhəsi olmasın”.
Baş naziri Binəli Yıldırım türk xalqının 15 iyul gecəsi tarix yazdığını deyib. Yıldırıb çevriliş cəhdinin başında dayanan Fətullan Gülənin Türkiyəyə gətiriləcəyini və əməllərinə görə cavab verəcəyini bildirdi.
Türkiyə Böyük Millət Məclisinin sədri İsmayıl Qəhrəman xalqın şər qüvvələrə qarşı dirəniş göstərərək qazandığını dedi.
Mitinqdə son çıxış edən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan olub. 15 iyul gecəsində tankların qarşısını kəsən xalqa təşəkkür edən prezident ölkəsini Fətullahçı işğalçılara təslim etməyən 79 milyonluq türk millətinin zəfər çaldığını deyib: "Çevrilişə cəhdə qarşı bütün fərqlilikləri kənara qoyaraq, qadını, uşağı, yaşlısı ilə bütün dünyanı heyran qoyan vətəndaşlarımızın qəzası mübarək olsun. Qardaşlarım, bu millət başqa bir millətdir. Həqiqətən də türk milləti 1000 il əvvəl Məlazgirddə hansı inancla Anadolunun qapılarını açmışdısa, 15 iyulda da eyni hissiyatla çevrilişə cəhd edənlərin qarşısına çıxdı.
Osman Qazi 1299-da tarixin ən qüdrətli dövlətini hansı təməllər üzərində inşa etmişdisə, biz də o gecə Türkiyəni o cür müdafiə etdik. Əcdadlarımız Çanaqqalanı son damla qanına qədər necə müdafiə etmişdisə, 15 iyulda da eyni iradə ilə Fətullahçıları geri çəkilməyə məcbur etdik.
Burada prezident, baş qərargah rəisi, baş nazir, CHP və MHP sədri, hər vilayətdən gələn insanımızla verdiyimiz görüntü ölkəmizin düşmənlərini 16 iyul səhəri qədər məyus etdi”.
Aksiyanın sonunda prezident Ərdoğan, CHP lideri Kamal Kılıcdaroğlu, MHP lideri Dövlət Bahçeli, keçmiş prezident Abdulla Gül, keçmiş baş nazir Əhməd Davudoğlu, Şimali Kipr Türk Respublikasını baş naziri trubunaya qalxaraq mitinq iştirakçılarını birgə salamlayıblar.