Noyabrın 24-də saat 15.30 radələrində Kanal13-ün (www.kanal13.tv) Xəbərlər bölməsinin əməkdaşı Teymur Kərimov Bərdə rayonunda Kanal13-ə ünvanlanmış şikayətlərlə bağlı çəkiliş apararkən Bərdə rayon polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. Saxlandıqdan sonra Bərdə RPŞ-ya aparılan Teymur Kərimov yol boyu polis əməkdaşlarının təzyiqlərinə və təhqirlərinə məruz qalıb. Şöbədə ona qarşı guya çəkiliş vaxtı orda olan bir nəfərə zor tətbiq etməsi ilə bağlı saxta ittiham irəli sürülüb və cinayət işi açılıb. Həmçinin jurnalistin kamerası əlindən alınaraq orda olan bütün görüntülər, o cümlədən jurnalistə qarşı zor tətbiq edildiyini gösətərən kadrlar silinib. Əməkdaşımız bir neçə saat sonra sərbəst buraxılsa da ona haqqında açılan cinayət işi ilə bağlı təkrar polis şöbəsinə çağırılacağı bildirilib.
Ölkədə fəaliyyət göstərən tam müstəqil bir media orqanı kimi bu olaydan çox dərin təəssüf hissi keçirdiyimizi bildirir və bunu azad mediaya qarşı ciddi basqı kimi qiymətləndiririk. Qeyd etmək istərdik ki, mətbuat azadlığının bir ölkə üçün nə qədər vacib olduğundan xəbərsiz məmurların məhz belə addımları nəticəsində ölkənin imicinə çox ciddi zərbə vurulur. Bir daha bəyan etmək istərdik ki, Kanal13 öz efirində heç bir siyasi tərəf güdmədən çox fərqli siyasi qruplara, Qeyri Hökümət Təşkilatları təmsilçilərinə, fərqli sosial təbəqələri təmsil edən insnalara və onların problemlərinə yer ayıran bir media qurumudur. Biz jurnalist etikası və mediada tərəfsizlik prinsiplərini əsas götürərək çalışırıq, bununla bağlı Azərbaycan ineternet istifadəçilərinə azad siyasi müzakirələr, iqtisadi və sosial problemləri əhatə edən peşəkar TV proqramları təqdim edirik.
Ölkədə jurnalistlərin saxta ittihamlarla şərlənməsini, onların fəaliyyətinin qanunsuz yollarla məhdudlaşdırılmasını bir daha qətiyyətlə pisləyir və müvafiq isntansiyalarından o cümlədən Daxili İşlər Nazirliyindən bu məsələyə olduqca həssas yanaşmağı və baş vermiş olayı ədalətli tədqiq edib, jurnalistin pozulan hüquqlarını bərpa etməyi xahiş edirik.