Rusiya və İsrail vətəndaşlığı olan bloqqer Aleksandr Lapşinin Belarusdan Azərbaycana ekstradisiya olunması son günlər gündəmə çevrilib. Azərbaycanın siyasi partiyalarının sədrləri də Modern.az saytına Lapşinin Azərbaycana gətirilməsi haqda fikir bildiriblər.
Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) Mərkəzi Şurasının üzvü Əli Orucov:
"Mən bu məsələyə sırf hüquqi nöqteyi-nəzərdən yanaşmaq istərdim. Bu hüquqi bir məsələdir və hadisəni siyasiləşdirməyin qətiyyən əleyhinəyəm. Çünki Lapşin konkret olaraq Azərbaycanın ərazi bütövlüyünə hörmətsizlik göstərib, müvafiq cinayət maddələri ilə ona qarşı ittihamlar var. Beynəlxalq konvensiyalarla, dövlətlər arasında müqavilələr əsasında Lapşin Azərbaycana təhvil verilib. Bu məsələni siyasiləşdirmək həmin şəxsin qanunsuz əməllərinin ört-basdır olmasına xidmət edə bilər. Bu baxımdan olaya adi bir hadisə kimi yanaşılmaq doğru deyil. Amma yaxşı haldır ki, hüququn aliliyi prinsipi ilə qanunlar öz təsirini tapıb.
Yeri gəlmişkən, mən mətbuatı izləyirəm, bununla bağlı müəyyən şişirtmələrə yol verilir. Bəzən təhlillər, müqayisələr aparılır, mən bunu qüsurlu sayıram. Bəziləri hesab edir ki, Lapşin girovlarla dəyişdirilməlidir, bir qismi bunun Azərbaycan dövlətinin təntənəsi hesab edir. Belə fikirləri kənara qoymaq lazımdır, məsələ odur ki, Dilqəm Əsgərov, Şahbaz Quliyev girovdur, Lapşin isə girov deyil. Lapşin faktlarla sübuta yetirilmiş cinayət əməli törədib, bunun üçün də ədalət qarşında cavab verməlidir.
Lapşinin Azərbaycana gətirilməsi bundan sonra Azərbaycana belə səfər etmək istəyənlər üçün bir örnək oldu. Hesab edirəm ki, Azərbaycan dövləti belə dirəniş göstərsə, bir çox problemlərimizin həllinə nail ola bilərik, o cümlədən Dağlıq Qarabağ probleminin həllinə”.
Müsavat Partiyasının sədri Arif Hacılı:
"Azərbaycan sərhəddini qeyri-qanuni olaraq pozan bir şəxsin Bakıya gətirilməsi müsbət hal kimi qiymətləndirilməlidir. Sadəcə, hadisənin şişirdilməsi, Lapşinin bir terrorçu kimi gətirilməsi və bunun bir kampaniyaya çevirilməsi nəticə etibarı ilə Azərbaycanın ziyanına işləyə bilər. Bütövlükdə belə hadisənin olması müsbət haldır, yəqin ki, bundan sonra Dağlıq Qarabağa səfər etmək, orada olan seperatçı rejimlə görüşmək və rejimi təbliğ etmək niyyətinə düşən xarici ölkə vətəndaşları bu məsələdən nəticə çıxaracaqlar”.
Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu:
"Bunu çox da qeyri-adi hadisə kimi dəyərləndirməzdim. Hökumət bundan müvəffəqiyyətlə siyasi motiv kimi istifadə edə bilsə, bu adamın arxasında kimlər durub, kimlərin dəstək olduğunu araşdıra bilsə, bu daha müsbət hadisə olar”.
Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu:
"Lapşinin Azərbaycana gətirilməsini normal dəyərləndirirəm. Belə məsələlər təcrübədə çoxdan olmalı idi, o qədər olmayıb ki, hamıya qeyri-adi gəlir. Bu uğurlu bir başlanğıc olduğu üçün gündəmə çevrilib. Lapşinin ekstradisiyası bundan sonra Azərbaycan ərazilərinə bu məqsədlə gəlmək istəyənlərin qarşısını alacaq”.