Bu gün Səbail Rayon Məhkəməsində həbsdə olan jurnalist Rauf
Mirqədirovun qanunsuz olaraq həbsdə saxlanması və vəkilləri ilə görüşə
şərait yaradılmaması barədə verilən şikayətə baxılıb.
Bu barədə R.Mirqədirovun vəkili Elmar Süleymanov məlumat verib.
Vəkil şikayətlərin təmin edilmədiyini deyib. Qeyd edək ki, R. Mirqədirov
bu il aprelin 19-da Türkiyədə saxlanılaraq Azərbaycana deportasiya
olunub. O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsinə
əsasən ittiham olunur.