Cari
ilin avqust ayında Şəmkirin Mahmudlu kəndində 1956-ci il təvəllüdlü
Cəfərov Ramiz adlı məktəb direktoru ilə həmin məktəbdə uşaq təşkilatının
rəhbəri çalışan 35 yaşlı xanımla eşq məcərasının acı sonluqla bitməsi
haqqında KİV-də məlumatlar getmişdi.
Həmin məlumatlara görə, xanımının telefonunda direktorun eşq dolu mesajlarını ələ keçirən əri Məmmədov Ramin Rafiq oğlu onu bıçaqlayaraq xəstəxanalıq edib. Bu əməlinə görə həbs edilən R.Məmmədov barəsində açılan cinayət işinə Hakim Tamilla Nurullayevanın sədrliyi Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. Bu gün keçirilən məhkəmə prosesində tərəflər dindirilib.
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.3 maddəsi ilə təqsirli bilinən Məmmədov Ramin ifadəsində bildirib ki, istintaqi aparan Nizami RPİ müstəntiqi Əkbər Şəmşirli işə qeyri-obyektiv yanaşıb və əsas xüsusatlar qəsdən çıxarılıb. Təqsirləndirilən şəxsin dediyinə görə, hadisə məktəb direktoru Ramiz Cəfərovla gizli yelefon danışıları və sevgi məcaraları üstündə olmasına baxmayaraq, o, nədənsə istintaqa cəlb edilməyib: "Bizim ailənin bədbəxtçilyinin və bu hala düşməsinin baiskarı Ramizdir. Müstəntiq şəxsi maraqlarına görə onu bura qatmayıb. Halbuki bütün kənd camaatı da bilir ki, həyat yoldaşımı Ramiz Cəfərovla xısın-pısın saatlarla mobil telefon danışıqlarına və gizli əlaqələrinə görə vurmuşam. Mən həyat yoldaşımın (etika xatirinə xanımın ad və soyadını yazmırıq) mənə xəyanət etdiyindən şübhələnmişdim. Ona görə də bu xəyanətin izinə düşmüşdüm və çox keçmədi şübhələrimdə yanılmadığım öz təsdiqini tapdı. Ona görə də mən həyat yoldaşımı xəbərdar edərək onu bu pis yoldan çəkinməyə çağırdım. O, isə nəinki mənim çağrışıma qulaq asmadı, hətta, gizli sevgi münasibətlərini davam etdirdi. Bunu da aramızda yaranan münaqişə zamanı boynuna aldı. Bundan sonra isə bu biabırçılığı və namussuszluğu qəbul edə bilməyərək mənə xəyanət edən həyat yoldaşıma bıçaqla bədən xəsarəti yetirdim”.
Müttəhim ona qarşı irəli sürülən AR CM 126.2.3 (xüsusi amansızlıqla, zərərçəkmiş şəxsə ağır iztirablar verməklə və ya sifarişlə, habelə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxsə qarşı törədildikdə, cəzası 7 ildən 12 il müddətədək azadlıqdan mərhum etmə) maddəsini də düzgün saymayaraq dedi: "Əvvəlcə müstəntiq Əkbər Şəmşirli mənə 126.1 maddəsi (Qəsdən sağlamlığa ağır zərər vurma, yəni insan həyatı üçün təhlükəli olan və ya görmə, eşitmə, nitq qabiliyyətinin və ya hər hansı bir orqanın, yaxud bu orqanın funksiyasının itirilməsinə, psixi pozuntuya və ya sağlamlığın başqa cür pozulmasına, əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmamaqla uzun müddətə itirilməsi ilə və ya təqsirkar üçün aşkar surətdə zərərçəkmiş şəxsin peşəkar əmək qabiliyyətinin tam itirilməsi ilə əlaqədar olan və ya hamiləliyin pozulmasına, şəxsin narkomanlıqla və ya toksikomanlıqla xəstələnməsinə səbəb olan, yaxud sifətin silinməz dərəcədə eybəcərləşdirilməsində ifadə olunan zərər vurma-cəzası üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə) ilə cinayət işi qaldırmışdı. Amma belə başa düşürəm ki, Ramiz Cəfərov ifşa olunduğuna, kənd camaatı arasında qınağa tuş gəldiyinə görə bunun qisasını müstəntiqin vasitəsi ilə məndən çıxmaq istəyir. Məni bu əmələ sürükləyən də Ramiz olub. O məhkəməyə gəlməlidir”.
İfadəsinin sonunda Məmmədov Ramin Kütləvi İnformasiya Vasitələrinə xahiş edərək dedi: "Məktəb müqəddəs yerdi. Orda əxlaqsızlığa yol vermək, vəzifəsindən sui-istifadə edərək pis işlər etmək olmaz. Gənc nəsil, şagirdlər belə direktordan, belə təhsil işçisindən nə tərbiyə götürəcəklər? Mən günahımı boynuma götürürəm, amma məktəbi, və kəndi belə rüsvayçılaqdan qorumaq üçün bu hadisəni törətmişəm. Jurnalistlərdən də xahişim odur ki, məhkəmə prosesinin ədalətli aparılması və belə hadislərərin bir daha təkrarlanmaması üçün məhkəmədə iştirak etsinlər”.
Növbəti məhkəmə prosesi 26 dekabra təyin olundu.
Aldığımız məlumata görə, təqsirləndirilən şəxs Məmmədov Raminin anası Məmmədova Şərafət Əsgər qızı Şəmkir rayon icra hakimiyyətinin başçısı Alimpaşa Məmmədovovun qəbulunda olaraq ondan kömək istəyib.
Kənd camaatı öz işçisi ilə eşq məcarası yaşayan direktorun nəinki tutduğu vəzifəsindən, hətta pedoqoji fəaliyyətdən uzaqlaşdırılmasını tələb etmələrinə baxmayaraq, Təhsil Nazirliyinidəki havadarlarının və rayonun təhsil şöbəsinin müdiri Şıxlinski Məcidin dəstəyi ilə Ramiz Cəfərov bu boyda biabırçılıqdan sonra hələ də Şəmkir rayon, Mahmudlu kənd orta məktəbinin direktoru vəzifəsində qalır.