"Qarabağ" doğma meydanda SSKA-nın iradəsini qıra bilmədi

 UEFA Avropa Liqasının II təsnifat mərhələsinin ilk oyununda Azərbaycan çempionu "Qarabağ" doğma meydanda SSKA ilə qarşılaşıb.

Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən görüş 0:0 hesablı heç-heçə ilə başa çatıb.

Qurban Qurbanovun rəhbərlik etdiyi Ağdam təmsilçisi cavab oyunu öncəsi üstünlük qazana bilməsə də, növbəti mərhələyə vəsiqənin taleyi cavab qarşılaşmasında müəyyənləşəcək.