"Qarabağ"dan möhtəşəm qələbə

Ötən gün UEFA Çempionlar Liqasında qeydə alınan nəticələrə əsasən ölkələrin reytinqi yenilənib.

Azərbaycanın reytinq sıralamasındakı mövqeyi dəyişib.

Buna "Qarabağ"ın əsas mərhələnin 7-ci turunda Almaniya "Ayntraxt"ını yenməsi (3:2) şərait yaradıb. Qurban Qurbanovun baş məşqçisi olduğu komanda uğurlu nəticə sayəsində ölkəmizə 0,500 əmsal qazandırıb. Nəticədə Azərbaycanın cari mövsümkü reytinqi 5,625-ə, son 5 ildəki göstəricisi isə 22.750-yə çatıb. Nəticədə ölkəmiz reytinq sıralamasında 27-ci yerə yüksəlib. 

Sloveniya 22,843 xalla 26-cı, Slovakiya isə 22,375 xalla 28-ci pillədədir. 

Qeyd edək ki, UEFA reytinqinə İngiltərə (104.769) başçılıq edir.  (fanat.az)