"Traktor" futbol klubu dünyada beşinci oldu

Təbrizin "Traktor" futbol klubu "Dortmund", "Barcelona", "Bavaria" və "Manchester United"dən sonra 5-ci ən çox azarkeş toplayan klubdur.

Musavat.com "GünazTV"yə istinadən xəbər verir ki, "Transfer Market" vebsaytının hesablanmasına görə, "Traktor" komandası matçlarında stadionda ortalama hesabla 67,000 azarkeş toplayır.

Bir çox Azərbaycan türkü üçün futbol sadə bir idman növündən daha çox, mədəni və siyasi ifadə vasitəsinə çevrilib.