Məmurlarla bağlı cəzasızlıq mühiti höküm sürür

“Hər dəfə Bakıya yağış, qar yağanda şəhər iflic hala düşür.  Bunu paytaxt rəhbərliyi  təbiətin şıltaqlığna,  ən pis halda isə məsuliyyəti  bir-birlərinin üzərinə atmaqla sudan və qardan quru çıxırlar. Bakıda fevral ayının sonuna yaxın qar yağacağı proqnozunu sinoptiklər vermişdi. Bakının inzibati-təsərrüfat rəhbərləri də həm ölkə başçısını, həm də sakinləri qışa tam hazır olduqlarına əmin etdilər. Təəssüf ki, bu dəfə də verilən vəd yerinə yetirilmədi. Yağan qar əhalini həmişəki kimi çətin duruma saldı.” Bu fikirləri AMİP liderinin köməkçisi Əli Orucov “Millət”ə Bakıda yağan qardan sonra yaranmış vəziyyətlə bağlı deyib.

Ə.Orucov daha sonra bildirib: “Yollar, küçələr TV-lərdə nümayiş etdirilən xaricdən alınan ən müasir texnika ilə deyil, primitiv üsullarla Mənzil İstismar İdarələrinin  qoca və yaşlı təmizlik işçilərinin fiziki əməyi ilə həyata keçirildi. Əgər bu texnikalara milyonlarla dövlət vəsaiti xərclənibsə niyə şəhər küçə və yolların qardan təmizlənməsinə cəlb edilməyib? Yenə də pensiyaçıların canlı qüvvəsindən cərimə batalyonları kimi soyuqda, şaxtada təmizlik işlərinə səfərbər edildilər. Bütün bunların yaradan səbəblər təkcə yarıtmaz idarəçilikdən deyil, daha çox cəzasılıqdan qaynaqlanır. Bakı şəhər İcra Hakimiyyətinin  başçısı Eldar Əzizov çox yaxşı bilir ki, ölkədə məmurlarla bağlı cəzasızlıq mühiti höküm sürür və onun, yaxud rəhbərlik etdiyi  qurumlarından heç kəs hesabat sormayacaq. Dünya sürətlə dəyişir, yeni idarəetmə modelinə keçir Azərbaycan isə sovetdən qalma idarəçiliyindən və strukturlarından qurtarmaq istəmir. Xalqa, seçiciyə hesabatlı olmayan rəhbərlərin və vəzifəli şəxslərin də fəaliyyəti bundan uzağa getməyəcək.”

Millət