Mərkəzi Şuranın sabiq sədr müavini 

14 aprel 1967-ci ildə Qax şəhərində anadan olmuşdur. 1974-1984-cü illərdə Qax şəhər 1 saylı orta məktəbdə təhsil almışdır. 1989-cu ildə indiki Azərbaycan Dövlət Neft Akademiyasının mühəndis-iqtisad fakültəsini bitirmişdir. 1990-1996-cı illərdə Qax rayon ƏMXM-də plan şöbəsinin müdiri işləmişdir. 1990-cı ildə Qax şəhər sovetinin deputatı və sovet sədrinin müavini seçilmişdir.

Xalq hərəkatında fəal iştirak edən N. Əlicanlı 1992-ci ildən AMİP-in üzvüdür. O,1992-1996-cı illərdə AMİP Qax rayon təşkilatının sədr müavini, 1996-cı ildən 1999-cu ilədək təşkilatının sədri olmuşdur.

2006-2007-ci illərdə AMİP Mərkəzi Şurasının sədr müavini işləmişdir.