Milli Şuranın mitinqində iştirak məsələsi Siyasi Şurada müzakirəyə çıxarılmayıb

Milli Şura aprelin 9-na mitinq təyin edib. Mitinqin sosial tələblər və siyasi məhbusların azad olunması şüarları ilə keçiriləcəyi bəyan edilib. Mitinq qərarını Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü, AXCP sədri Əli Kərimli mətbuat konfransında elan edib. Aksiyanın Yasamal rayonundakı "Məhsul” stadionunda keçirilməsi planlaşdırılır.


Milli Şuranın mitinqinə bu qurumda təmsil olunmayan bir sıra müxalif partiyalardan, o cümlədən Milli İstiqlal Partiyasından da münasibət bildirilib.

AMİP katibi Elşən Mustafayev isə deyib ki, Milli Şuranın mitinqində iştirak məsələsi Siyasi Şurada müzakirəyə çıxarılmayıb: "Amma təcrübədən deyə bilərəm ki, təşkilində iştirak etmədiyi kütləvi tədbirlərə AMİP heç vaxt qatılmayıb. Eyni zamanda üzvlərə də fərdi qaydada bu tədbirlərə qatılıb-qatılmamaqla bağlı hər hansı göstəriş də verməyib”.