Payız fəsli artıq qapımızı döyür. Ötənlərdə müxalifət partiyaları isti yayın istirahətindən sonra payızda qismən aktiv fəaliyyətə keçirdilər. Bu il payızda ölkə müxalifətinin hansı planları var? Bu barədə siyasi çevrələrdə müəyyən müzakirələr də açılıb. Xüsusilə REAL Partiyasının sədri İlqar Məmmədovun azadlığa çıxdıqdan sonra keçirdiyi mətbuat konfransında bəzi müxalif qurumların keçirdikləri etiraz aksiyalarının hakimiyyətinin əlinə oynadığını qeyd etməsi müxalifətin bundan sonra mitinqlərə önəm verib-verməyəcəyi ilə bağlı suallar yaradıb.
AMİP Siyasi Şura üzvü Əli Orucov müxalifətin "yuxuya getməsi” və passiv duruma düşməsi barədə səsləndirilən fikirlərlə razılaşmır: "Müxalifətin yay yuxusuna getməsi və passiv duruma düşməsi barədə səsləndirdiyiniz fikirlərlə razılaşmıram. Müxalifət Azərbaycaının çətin və məhdud şərtləri daxilində üzərinə düşən vəzifələrini yerinə yetirir, nəyi bacarırsa, nələrə imkanları çatırsa həyata keçirməyə çalışır. Maliyyə yox, maddi-texniki baza yox, resurslar yox, qərargah yox, demokratik seçki yox, ədalətli və normal rəqabət yox, mətbuata çıxış yox, cəmiyyətlə, xalqla təmas, işləmək imkanları yox, perspektiv yox, bunlar azmış kimi üstəlik də hər an həbs, repressiya, təqib, təzyiq təhlükəsi, bu şərtlər daxilində müxalifətin hətta indiyədək mövcudluğu möcüzədir. Müxalif düşərgəni təmsil edənlər isə əsil qəhrəmanlardır.
Yayda ümumiyyətlə, tək bizdə deyil, Avropanın özündə də ictimai-siyai passivlik olur. Bu da adətən fəal təbəqinin istirahətə yollanması, siyasi proseslərə təkan verəcək tədbirlərin, kampaniyaların olmaması ilə bağlıdır. Digər tərəfdən siyasi partiyaların, o cümlədən də müxalif düşərgənin fəal olması üçün ilk növbədə cəmiyyətin özü fəal olmalıdır. Proseslərin stimulvericisi kimi demokratik mübarizənin özülün təşkil etməlidir. Eyni zamanda siyasi qüvvələrə və düşərgələrə nəzarət imkanı qazanmalıdır. Bunların heç biri Azərbaycanda yoxdur. Ölkə vətəndaşları sanki özləri-özlərini hər şeydən tədric saxlayaraq siyasi sosiallaşmaya maraq göstərmir, yaxud da bundan çəkinir. Ona görə də nə qədər ki, xalq siyasi proseslərdən, dövlətin idarəedilməsindən və "hakimiyyətin mənbəyi”ndən kənar saxlanısa o qədər cəmiyyət və dövlət inkişafdan qalacaq. Bu isə dövlətin varlığı və gələcəyi üçün ciddi təhdiddir. Çünki vətəndaş dövlətinə və hakimiyyətinə sahib çıxmayanda onu özgəninkiləşdirirlər. Kənardan sahib çıxanlar isə ancaq öz maraqlarını təmin edirlər.

25 ildən çoxdur ki, "ağ atlı oğlanı", yaxud da müxalifətin birləşməsini, hansısa liderin meydana çıxmasını gözləmək kimi absurd, mənasız yanaşmalardan qurtarmaq lazımdır. Partiya olaraq bizim fəaliyyətimizin əsas istiqamətləri yerli və mərkəzi təşkilatların fəaliyyətini formada saxlamaq, yeni üzvlər cəlb etmək, beynəlxalq müttəfiqlərimizlə əlaqələrimizi genişləndirmək, ölkədəki ictimai-siyasi proseslərin mərkəzində olmağı və hadisələrin millətin və dövlətin maraqlarına uyğun istiqamətə getməsinə töhvəmizi verməkdir. Bu baxımdan hər bir partiyanın özünün seçdiyi takiki addımları var. Bəziləri hökumətə təsir etməyi kütləvi aksiyalarda görürür, bəziləri siyasi dialoqu üstün tutur bəziləri çəkindirməyə meyl göstərir və s. Ona görə də İ.Məmmədovun mitinqlərlə bağlı səsləndirdiyi fikirlərin üzərində xüsusi dayanmağı lüzum bilməzdim. Hər kəsi siyasətdə, siyasi mübarizənin metotlarında və yanaşmasında fəqrli baxışları ola bilər. Belə müxtəliflik əslində normal qarşılanmalıdır. Amma istənilən halda ölkədə, regionda və dünyada gedən sürətli proseslər yaxın zamanlarda Azərbaycanda ciddi və funadmental dəyişiklərlərlə araıb çıxaracaq. Hesab edirəm ki, AMİP bu dəyişiklərlərdə həlledici söz sahiblərindən biri olacaq".