Nazir Əbülfəs Qarayev İslam Tarixi, İncəsənəti və Mədəniyyəti üzrə Araşdırmalar Mərkəzinin (İRCİCA) baş direktoru ilə görüşdü
10 noyabr 2016-cı il tarixində mədəniyyət və turizm naziri Əbülfəs Qarayev İslam Tarixi, İncəsənəti və Mədəniyyəti üzrə Araşdırmalar Mərkəzinin (İRCİCA) baş direktoru Halit Eren ilə görüşdü.
Görüşdə nazir Əbülfəs Qarayev 10 noyabr tarixində öz işinə başlayan "Qarabağ: tarix və irs" mövzusunda Beynəlxalq Elmi Konfransın təşkilinə və iştiraka görə qonağa təşəkkürünü bildirərək, tədbirin Qarabağ irsinin dünyada tanıdılması baxımından əhəmiyyətini vurğuladı. Eyni zamanda, gələcəkdə də belə tədbirlərin keçirilməsində Qarabağ həqiqətlərinin dünyaya tanıdılması baxımından birgə əməkdaşlığı yüksək qiymətləndirdi.
İRCİCA-nın baş direktoru Halit Eren növbəti ildə İstanbulda İRCİCA-nın baş qərargahında Qarabağ irsinin təbliği ilə bağlı tədbirlərin keçirilməsini və alimlərin iştirakı ilə elmi müzakirələrin aparılmasını təklif etdi.
Bundan əlavə qonaq ölkəmizdə olmaqdan məmnunluğunu bildirdi və hər gəlişində Azərbaycan ilə rəhbərlik etdiyi təşkilat arasında əlaqələrin daha da inkişaf etdirilməsi üçün layihələrin həyata keçirildiyini bildirdi.
Nazir 2017-ci ildə keçiriləcək İslam Həmrəyliyi Oyunlarına qonağı dəvət edərək bildirdi ki, oyunlar zamanı Bakıda xüsusi mədəniyyət proqramının da hazırlanması planlaşdırılır.