Azərbaycanda fəaliyyət göstərən siyasi partiyalar adətən yay fəslində kölgəyə çəkilir, payızda fəallaşırlar. Bu payız da siyasi fəallığın artacağı gözlənilir. Buna səbəb həm də bu ilin dekabrında ölkədə keçirləcək bələdiyyə seçkiləridir. Bəs görəsən, siyasi partiyaların payız planları varmı?
Böyük Quruluş Partiyasının (BQP) başqanı, deputat Fazil Mustafa bildirdi ki, rəhbərlik etdiyi partiyada payız planı olmasa da, illik fəaliyyət planına uyğun payızda görüləcək işlər çoxdur: "Partiyanın Məclisində illik fəaliyyət planı təsdiq olunur və fəaliyyət planına əsasən payızda əsas işimiz bələdiyyə seçkilərində iştirakdır. Bu dəqiqə sənədləşdirmə işləri gedir və seçkidə iştirak edəcək namizədlərin siyahısı müəyyənləşir. Bu payızda əsas işimiz buna yönəlib. Çünki ölkə həyatında bələdiyyə seçkiləri bu payız əsas hadisə olacaq".
F.Mustafa BQP-nin yeni rayon təşkilatlarının yaradılması istiqamətində də iş getdiyini diqqətə çatdırdı.
Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev isə bildirdi ki, mövsümi olaraq siyasi aləmdə geri çəkilmələr, ləngimələr olsa da, ötən yay ölkədəki siyasi mühit donmuş vəziyyətdə olmadı: "Amma payızda biz daha intensiv fəaliyyət göstərəcəyik. Bu həftənin sonuna Siyasi Şuranı çağırıb yeni dönəm, xüsusən bələdiyyə seçkiləri ilə bağlı müzakirə aparacağıq. Bundan başqa, ilin sonuna qədər görüləcək işlər var ki, onları iş planında təsdiq etməliyik. Ən vacibi isə bizim üçün parlament seçkiləri daha önəmlidir və görəcəyimiz işlər ilk növbədə gələn ilin payızına - parlament seçkisinə qədər olan dövrü əhatə etməlidir. Bu ilin sentyabrından gələn ilin sentyabrına qədər olan bir il bütövlükdə siyasi fəallıq ili kimi qiymətləndirilməlidir və planlarımız əsasən parlament seçkiləri ilə bağlı olacaq".
Azərbaycan Milli İstiqlal Partiyası (AMIP) Mərkəzi Şurasının üzvü Əli Oruclunun sözlərinə görə, partiyanın payız planlarında ən vacib məsələlərdən biri təşkilatın strukturlarının gücləndirilməsi, yeni üzvlərin cəlb olunması və partiyada gənclərin siyasi proseslərə cəlb edilməsidir. "Eyni zamanda ən vacib məsələlərdən biri də Azərbaycanda bu ilin sonunda keçiriləcək bələdiyyə seçkilərinə hazırlaşmaqdır. Bu baxımdan da partiyanın qarşıdakı günlərdə və aylarda əsas diqqət yönəldiləcək amillərdən biri də bu məsələ olacaq".
Vətəndaş Həmrəyliyi Partiyası (VHP) Ali Məclisinin sədri Rafiq Manaflı isə bildirdi ki, təmsil olunduğu partiya qurultaya hazırlaşır və payız aylarında əsas diqqət rayon təşkilatlarında konfransların keçirilməsinə yönələcək. Onun sözlərinə görə, qurultayı payızın əvvəlində keçirməyi planlaşdırsalar da, kənd rayonlarında əsas işlərin yay fəslinə düşməsi ilə bağlı konfransları payıza saxlayıblar: "Bundan başqa, bələdiyyə seçkiləri gəlir və partiyanın bələdiyyə seçkilərində iştirakla bağlı qərarı var. Yəqin ki, seçkilərdə iştirak edəcəyik. Bu da bizim üçün ağır işdir. Yəni bu payızda VHP-də iş çoxdur və ağırdır".
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) sədrinin müavini Elçin Mirzəbəyli də partiyada hal-hazırda bələdiyyə seçkilərinə hazırlıq işlərinin getdiyini deyir. "Bütün istiqamət bununla bağlıdır. Bələdiyyə seçkilərinin rəsmi elan olunduğu gün partiyanın Ali Məclisinin keçirilməsi planlaşdırılır. Yəni həmin zaman ərzində konkret olaraq bələdiyyə seçkilərində iştirak edəcək namizədlərlə bağlı siyahı açıqlanacaq. İndi əsas diqqət namizədlərin müəyyənləşdirilməsi prosesinə yönəlib" deyən E.Mirzəbəyli onu da qeyd etdi ki, BAXCP-nin ayrı-ayrı funksionerləri müxtəlif bölgələrə səfər edərək rayon təşkilatlarında görüşlər keçirirlər və yeni üzvlərin qəbulu prosesi də davam etdirilir: "Eyni zamanda rayon təşkilatlarının daha da təşkilatlanması istiqamətində addımlar atılır".
Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədrinin müavini Xəzər Teyyublu da bildirdi ki, təmsil olunduğu partiyanın payızda görəcəyi əsas iş bələdiyyə seçkilərinə hazırlaşmaqdan ibarətdir. "Əsasən görüləcək işlərimizdən biri bu olacaq və KXCP üzvlərinin bütün ölkə boyu seçki dairələrində iştirak etməsini planlaşdırırıq. Partiyanın rayon şöbələrinə tapşırmışıq ki, bələdiyyə seçkilərində iştirak edəcək şəxslərin siyahılarını hazırlasınlar və namizədlərin müəyyənləşməsi prosesi getsin".
Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müavini Razi Nurullanın dediyinə görə, artıq partiyanın Rəyasət Heyətinin srağagün keçirilən iclasında payızda görüləcək işlərlə bağlı bəzi qərarlar qəbul olunub: "AXCP-nin Rəyasət Heyətində qərar qəbul olundu ki, rayon şöbələri ilə aksiyaların keçirilməsi ilə bağlı məsləhətləşmələr aparılsın. AXCP-də həbs olunanların azadlığa buraxılması üçün kütləvi aksiyaların keçirilməsi ilə bağlı məsləhətləşmələr aparılır".
R.Nurullanın sözlərinə görə, hələlik partiyada bu ilin sonunda keçiriləcək bələdiyyə seçkilərində iştirakla bağlı hər hansı qərara gəlinməyib: "Bələdiyyə seçkilərində iştirakla bağlı partiyada müzakirələr getmir. Bununla bağlı üfüqdə heç nə görünmür. Partiyanın bələdiyyə seçkilərində iştirak edib-etməyəcəyi məsələsi yəqin sentyabr ayında da bilinməyəcək".
Müsavat Partiyasından isə bildirdlər ki, partiya sentyabrın sonlarında keçirləcək qurultaya hazırlaşır və bütün diqqət bu qurultaya yönəlib./Ekspress/