Oktyabrın
 27-də Parisdə Azərbaycan prezidenti İlham Əliyevin və Ermənistan 
prezidenti Serj Sarkisyanın ATƏT-in Minsk qrupunun həmsədrləri ilə birgə
 görüşü olub. 
  
 
  Bu barədə Azərbaycan Prezidentinin rəsmi saytı xəbər yayıb.  
  
 
  Sonra Azərbaycan və Ermənistan prezidentlərinin görüşü keçirilib.  
  
***
 
20.22
Parisdə Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyanın görüşü başa çatıb.      
  
 
  ANS PRESS-in məlumatına görə, bu barədə Ermənistan prezidentinin 
mətbuat katibi Arman Saqatelyan "Twitter" səhifəsində yazıb.      
  
 
  Görüşdə ATƏT-in Minsk qrupunun həmsədrləri də iştirak edib.      
  
 
  Görüşün təfərrüatları hələlik açıqlanmır      
  
 
*  *  *  * 
 
Parisdə Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və 
Serj Sarkisyanın, eləcə də ATƏT-in Minsk qrupunun həmsədrlərinin 
iştirakı ilə görüş başlayıb. 
 
Trend-in məlumatına görə, bu barədə 
bazar ertəsi Ermənistan Prezidentinin mətbuat katibi Arman Saqatelyan 
"Twitter" səhifəsində yazıb. 
 
Bu görüşdən sonra prezidentlərin ikitərəfli görüşü keçirilir.
 
Fransua Olland irəliləyişə nail olmaq üçün böyük sülh sazişinin tərtib edilməsinin başlanmasını təklif edib
Fransa prezidenti Fransua Olland Azərbaycan prezidenti İlham Əliyev
 və Ermənistan prezidenti Serj Sarkisyanla Dağlıq Qarabağ münaqişəsinin 
həllinə dair görüş keçirib.
APA-nın Yelisey Sarayının rəsmi saytına istinadən verdiyi xəbərə 
görə, ATƏT-in Minsk qrupunun həmsədrləri, eləcə də ATƏT sədrinin şəxsi 
nümayəndəsi də daha sonra görüşə qatılıblar.
"Bu Sammit Fransa prezidentin bu ilin may ayında Cənubi Qafqaz 
ölkələrinə etdiyi səfərdən sonra gerçəkləşib. Bu səfər ərzində Fransua 
Olland Fransanın Minsk qrupunun həmsədr ölkəsi qismində atəşkəsin 
qüvvəyə minməsindən 20 il sonra bu münaqişənin sülh yolu ilə həllinin 
tapılması üçün vasitəçilik missiyasını davam etdirəcəyi öhdəliyini 
yenidən təsdiqlədiyini bildirib.
Bu yay Dağlıq Qarabağda çoxsaylı itkilərə, o cümlədən mülki 
vətəndaşların itkisinə səbəb olan silahlı insidentlərin artması 
kontekstində, Paris Sammiti Ermənistan və Azərbaycan prezidentləri 
arasında birbaşa dialoqun bərpasına imkan yaratdı. Fransa prezidenti 
tərəflər arasında bölgədə gərginliyin səmərəli şəkildə azaldılmasının 
vacibliyini qeyd edib.
Ermənistan və Azərbaycan prezidentləri Beynəlxalq Qırmızı Xaç 
Komitəsinin himayəsi altında münaqişədə itkin düşmüş şəxslər haqqında 
məlumat mübadiləsi aparmaq qərarına gəliblər.
Fransua Olland Ermənistan və 
Azərbaycan prezidentlərini Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq
 prinsiplərinə hörmət və Minsk qrupu həmsədrləri tərəfindən müəyyən 
olunmuş təməl prinsipləri əsasında, danışıqlar yolu ilə və davamlı həlli
 istiqamətindəki səylərini intensifləşdirməyə çağırıb. O, hazırkı 
status-kvonun qəbuledilməz olduğunu qeyd edib.
Fransua Olland hər iki ölkənin prezidentlərini aralarındakı fikir 
ayrılıqlarını üstələmək və öz əhalilərini sülhə hazırlamaq üçün zəruri 
olan siyasi iradə nümayiş etdirməyə çağırıb. O,irəliləyişə nail olmaq 
üçün böyük sülh sazişinin tərtib edilməsinin başlanmasını təklif edib.
Azərbaycan və Ermənistan prezidentləri BMT-nin Baş Assambleyasının 
2015-ci ilin sentyabrında Nyu-Yorkda keçiriləcək toplantısı çərçivısində
 görüşməklə, danışıqları davam etdirmək haqqıda razılığa gəliblər” deyə 
rəsmi açıqlamada qeyd olunub.

 
                             
                     
                         
                         
                         
                         
                        