Rus generalı Aleksandr Qurov Türkiyənin İstanbul və İzmir şəhərlərində törədilən terror aktlarına münasibət bidirib. APA TV-nin Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, general hadisələrdə Qərbin əlinin olduğunu iddia edib: "Türkiyənin İŞİD-ə qarşı mübarizəsini və Rusiya ilə yaxınlaşmasını həzm edə bilməyən Qərb təəssüf, belə hallar rəvac verir", - deyə, o qeyd edib.
Qurov Türkiyənin Yaxın Şərq siyasətinin Rusiyanın planları ilə yaxın olduğunu dilə gətirib: "Bu kimləri isə narahat edir. Hazırda Türkiyə və Rusiya İŞİD-ə qarşı birgə mübarizə aparır. Türkiyədən intiqam alırlar, ona kimin yanındasan deyirlər". SİTATIN SONU.
Qurov əlavə edib ki, ABŞ və Avropa Türkiyəni güclü bir ölkə kimi görmək istəmirlər: "Türkiyə güclüdür, Türk ordusu güclüdür. Onlar isə bunu qətiyyən arzulamır, Türkiyəni Avropa İttifaqına da qəbul etmək istəmirlər".
General Ankaranın və Moskvanın münasibətləri ən yüksək səviyyəyə çatdırmağa çağırıb: "Terrorla mübarizədə səylər gücləndirilməlidir. Bu sahədə Türkiyənin böyük təcrübəsi var. Rusiya da son 20 ildə təcrübə toplayıb. Avropa da əməkdaşlıqdan çəkinməməlidir, çünki göründüyü kimi onlar buna hələ tam hazır deyillər. Rusiya isə öz təcrübəsindən artıq Suriyada da istifadə edir", - deyə Qurov bildirib.