İyunun 24-də Türkiyədə növbədənkənar prezident seçkiləri keçiriləcək. Ölkənin əsas siyasi partiyaları rəsmi olaraq prezidentliyə namizədlərini açıqlayıb. Hakim Ədalət və İnkişaf Partiyasından (AKP) hazırki dövlət başçısı Rəcəb Tayyib Ərdoğan, Cumhuyiyyət Xalq Partiyasından (CHP) Muharrem İnce prezidentliyə rəsmi olaraq namizəddir.
Azərbaycandakı partiyalar Türkiyədə keçiriləcək seçkiləri necə dəyərləndirir?
Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı Modern.az-a bildirib ki, hazırda Türkiyədə vəziyyət kifayət qədər qəlizdir:
"Hesab edirəm ki, əgər seçkilər demokratik keçirilərsə, ikinci tur qaçılmaz olacaq. Amma ikinci turda kimin qalib gələcəyi sual altındadır. Əgər müxalifət ikinci turu tmin edə bilərsə, o halda müxalifətin qalib gəlmə şansı artar. Müxalifətdə olan namizədlərdən heç birinin ayrı-ayrılıqda Ərdoğana qalib gəlmə şansını görmürəm. İkinci tur olarsa, müxalifətin dəstəklədiyi namizədin şansı böyük olar. Mən düşünürəm ki, müxalifət ikinci turda Cümhuriyyət Xalq Partiyasından (CHP) prezidentliyə namizəd Muharrem İncəni dəstəkləməyə qərar verə bilər və bu, qələbə ilə nəticələnə bilər. Bütün hallarda Türkiyə üçün uğurlu variant olmasını gözləyirəm”.
Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlunun sözlərinə görə, Türkiyədə növbədənkənar prezident seçkiləri əsasən ölkədə yaranmış siyasi böhrandan sonra irəli atılan addımdır:
"Proseslər göstərir ki, son zamanlar yaranan problemlərdən sonra xalqın yenidən hökumətə dəstək verməsi zərurəti yaranır. Yəni faktiki olaraq olaraq Türkiyə hökumətinin apardığı siyasətin nə dərəcədə xalq tərəfindən dəstəkləndiyini görmək üçündür. Müxalifət bir araya gələ bilmədiyi üçün AKP ilə MHP-nin yaratdığı "Cumhur İttifaqı” böyük üstünlüklə qalib olacaq”.
Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) Siyasi Şurasının üzvü Əli Orucov deyib ki, Türkiyədə keçiriləcək növbədənkənar prezident və parlament seçkiləri ciddi rəqabət şəklində olacaq.
"Qərbin də marağı var ki, Ərdoğan hakimiyyətdən uzaqlaşdırılsın. Çünki Ərdoğan Qərb tərəfindən idarə olunmayan bir liderdir. Ona görə də seçkilərdə hər bir səs uğrunda ciddi rəqabət aparılacaq. Hesab edirəm ki, böyük fərqlə olmasa da, Ərdoğan prezident olaraq növbəti dəfə xalqdan mandat ala bilərəcək. Amma parlamentdə AKP-nin əvvəlki sayda deputat mandatı qazanacağı o qədər də inandırıcı deyil”.
Ədalət Partiyasının Aparat rəhbəri Mütəllim Rəhimli deyib ki, Türkiyədə növbədənkənar prezident seçkilərinin təyin olunması bölgədəki ictimai siyasi ab-hava ilə bağlıdır:
"Məsələ ondadır ki, orada ictimai-siyasi proseslər o qədər sürətlə inkişaf edir ki, indiki proqnozlar seçkidə sonrakı nəticələrlə üst-üstə gəlməyə bilər. O baxımdan Türkiyənin siyasi həyatında hər zaman dinamiklik müşahidə edirik. Bütün bunlara rəğmən, hakim partiya olan Ədalət və İnkişaf Partiyasının öndə olduğunu görürük. Amma təbii ki, güclü rəqabətin gedəcəyini də qeyd etməliyik. Ölkədəki siyasi vəziyyət AK partiyanın qələbəsinin heç də asan olmayacağını göstərir. Bunun üçün Ərdoğanın çox güclü şəkildə təbliğat aparmasına ehtiyac var. Çünki AK partiyanı addım-addım izləyəyən İYİ partiyanı müşahidə edirik. Düşünürəm ki, İYİ partiyanın sədri Meral Akşener Türkiyə daxilində səslərin toplanması üçün ciddi rəqabət apara biləcək liderdir. Buna görə də AK partiya təbliğat kampaniyasında da yeniliklərə imza atmalıdır. Hesab edirəm ki, Cumhuriyyət Xalq Partiyasından (CHP) prezidentliyə namizəd Muharrem İncenin CHP daxilindəki siyasi proseslərə ciddi təsiri olacaq. Çünki Muharrem İncenin seçkilər vaxtı ictimaiyyət tərəfindən geniş tanınması daha çox gələcəkdə partiyadaxili dəyişikliklərə rəvac verəcək”.