Müsavat partiyasının sabiq başqanı İsa Qəmbərin müşaviri olmuş Səxavət Əlisoy yeni başqan Arif Hacılıya bir neçə sual ünvanlayıb. "Millət" həmin sullları təqdim edir;
1. 16
rayonda konfrans keçirilməyib. Necə olur ki, Qazax, Gədəbəy və Quba kimi böyük
rayonlar iki il ərzində konfrans keçirə bilmir, Samux rayonu 1 gün ərzində 3
qurultay nümayəndəsi ortaya çıxarır? Samux rayonunda nə qədər müsavatçı var və
orada keçirilmiş konfransın protokolunun surətini göstərə bilərsinizmi?
2. 16 rayonda təşkilati işlərin bərbad olmasına görə kim məsuliyyət daşıyır,
partiyanın gözətçisi Zahir bəy, yoxsa, partiyanın təşkilat məsələləri üzrə
müavini Arif Hacılı?
3. Naxçıvan MR-da keçirilən konfranslarda MNTK və QHTK-dən kim iştirak edib?
İştirak edən olubsa protokolun surətini FB-da nümayiş etdirin.
4. 2003- Prezident, 2009-Bələdiyyə və 2010-Parlament seçkilərindəki maliyyə
hesabatları nədən açıqlanmır?
5. 2003-Prezident seçkilərində Seçki
Qərargahına nə qədər ianə daxil olub (biriləri 6 rəqəmli, digərləri 7 rəqəmli
məbləğlərin olduğunu iddia edir), 2009-Bələdiyyə seçkilərində MSK-nın partiyaya
ayırdığı vəsait hansı işlərə sərf olunub?
6. O seçkilərdə partiyanın Seçki Qərargahına kim rəhbərlik edib və maliyyə hesabatını
kim verməlidir, Yaşar Türkazər, yoxsa Arif Hacılı?
7. Neçə rayon təşkilatının sədri nizamnaməyə zidd olaraq 2 dönəmdən artıq
fəaliyyət göstərir?
8. Neçə rayonda sədr vəzifəsini boynuna çəkən tapılmır?
9. Neçə rayon təşkilatının sədri təşkilata Bakıdan sədrlik edir?
10. Azərbaycanda və cümlə dünyada elə bir partiya göstərə bilərsinizmi ki, bir
funksioner Arif Hacılı kimi 3 önəmli vəzifə daşısın? ( Mərkəzi İcra Aparatının
rəhbəri, Seçki Qərargahının rəhbəri, təşkilat işləri üzrə Başqan müavini. Divan
və Məclis üzvlüyünü vəzifə saymıram).
P.S. Suallar Arif Hacılının dəstəsinə daxil bəylərə ünvanlanıb.