"Beynəlxalq Bank işi”ndə adı hallanan sabiq deputat saxlanılıb. "Globus Plaza”nın sahibi, sabiq deputat Dünyamin Xəlilov bu il mayın əvvəllərində axtarışa verilmişdi.
Bu günlərdə isə D.Xəlilov saxlanılaraq barəsində təkrar həbs-qətimkan tədbiri seçilib. Qeyd edək ki, "Bandotdel” bu ilin avqust ayında "Globus Plaza” axtarış aparıb və şirkətin kassalarını möhürləyərək bağlayıb.
Nərimanov Rayon Məhkəməsi mayın 15-də Dünyamin Xəlilov barəsində 4 ay müddətinə həbs-qətimkan tədbiri seçib. Lakin D.Xəlilov hansısa yolla istintaq təcridxanasında deyil, öz işinin başında idi. (Qafqazinfo)