Tanınmış vəkildən KİV-lərə sərt ittihamlar

Hər zaman mətbuatın ictimai həyatımızda rolunu başa düşüb arzu etmişəm ki, fəaliyyətləri zamanı oxucu fəlsəfəsinə əməl edib, jurnalistikada "Əkinçi” ənənələrini yaşadaraq peşəkarlıq, obyektivlik, qərəzsizlik, yüksək millişüur və vətənpərvərlik prinsiplərini rəhbər tutaraq öz böyük təsirlərini cəmiyyətə qəbul etdirsinlər.

Heç zaman xəbərin və informasyanın çərçivəsini və əhatəsini şəxslərə münasibətdə müəyyən etməsinlər. Xüsusi şəxslərin əsl fəaliyyətinin işıqlanmasının qarşısını alan dərnəyə çevrilməsinlər bu KİV- anlamına və nəzəryəsinə ziddir. Bir neçə gün bundan əvvəl Müdafiəçisi olduğum Vidadi Zeynalov barəsində Çingiz Qənizadənin etdiyi təhqirlərə KİV- vasitəsi ilə yumşaq cavab vermək istədim.Bununla əlaqədar Özünü qafqazın lider saytı sayan bir neçə tanınmış KİV-ə müraciət edib cavab haqqımızı, hətta senzuraya məruz qoyulmaqla belə verilməsini xahiş etdik.Nəticədə nə cavab alsaq yaxşıdır, qardaş biz Çingiz Qənizadə ilə bağlı heç nə yaza bilmərik bu saytın mənafeyinə ziddir, gərək inciməyəsən...

Maraqlıdır bu cür mətbuat fəlsəfəsinə sahib olan bəzi KİV-in 4-cü hakimiyyət olmasına və Həsən bəyin yolunun davamçısı olmasına kim inanar? Yaxşı ki, heç olmasa Azadlıqla, Moderator var yoxsa bu mətbuatın mövcud durumu( əsl fəaliiyəti) hamıya tam bəlli olar..