Uzun fasilədən və aprel olaylarından sonra nəhayət Vyanada vasitəçilərin səyi ilə Azərbaycan və Ermənistan prezidentlərinin görüşü baş tutdu. Görüşün yekunları barədə mətbuata məlumat verən Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, gələn ay Qarabağ məsələsinin yekun həlli istiqamətində danışıqlara başlanılacaq.
Vyana görüşünə qədər cəbhədə vəziyyət gərgin olaraq qalırdı. Aprel ayının əvvəlində Azərbaycan ordusunun keçirdiyi uğurlu hərbi əməliyyatlardan sonra münaqişə ətrafında yeni vəziyyət yarandı. Artıq Minsk qrupunun həmsədr ölkələri də anladılar ki, mövcud status-kvo şəraitində danışıqlarda hər hansı bir irəliləyişdən danışmaq yersizdir. Ona görə də danışıqlara real nəticələr gətirəcək yeni impuls verilməlidir. Bu olmadan proses yenə də əvvəlki gərgin məcraya qayıda bilər. Bu mənada prosesin gələcək inkişafı Vyana görüşü və ondan irəli gələn nəticələrin reallaşmasından asılı olacaq.
AMİP Beynəlxalq katibi Elşən Mustafayev Vyana görüşündən sonra da konfliktin ancaq danışıqlar yolu ilə həll edilə biləcəyinə əmin deyil: "Düşünmürəm ki, Vyana görüşündən sonra münaqişə artıq ancaq danışıqlar vasitəsilə həllini tapacaq. 4 günlük əməliyyatlardan sonra Rusiyanın vasitəçiliyi ilə elan edilən atəşkəsdən sonra məhz Moskvanın vasitəçiliyilə problemin həlli məsələsi gündəmdədir. Ancaq Vyanada torpaqların qaytarılması istiqamətində ciddi söhbətlərin getdiyinin şahidi olmadım. Daha doğrusu, bu istiqamətdə söhbət aparılsa da belə, hər hansı bir ortaq məxrəcə gəlinmədi. Yalnız bu deyildi ki, gələcək görüşlərdə tərəflər qarşılıqlı güzəştlərə gedilməsilə bağlı ilkin razılığa gələcəklər.
Hərənin öz həqiqəti var və öz həqiqətlərində də möhkəm durublar. İyunda danışıqların davam etdirilməsi nəzərdə tutulub, hesab edirəm ki, həmin danışıqlarda sıradan biri olacaq. Moskva və İrəvan danışıqların müddətsiz davam etməsində maraqlıdır. Hazırda Ermənistan hər hansı bir güzəştə getməyə hazır deyil. Belədə prosesin bu cür davam edəcəyi fonunda gec-tez hərbi yolla məsələnin həlli qaçılmaz olacaq. İkinci bir tərəfdən, Azərbaycan prosesin irəliləməsini məhz Rusiyadan tələb etməlidir. Çünki məhz Rusiya danışıqlar prosesinin uğurlu olacağına zəmanət verib. Məhz Rusiyanın təkidi ilə Azərbaycan aprel hadisələrindən sonra atəşkəsə razılıq verdi. Bütün bunlara əsasən düşünürəm ki, gələcəkdə də münaqişənin hərbi yolla həlli məsələsi qaçılmaz olacaq. Azərbaycan sülh danışıqlarında maraqlı olduğunu bəyan etməsinə baxmayaraq, hərbi ritorikadan da əl çəkməməlidir. Çünki, prosesin hərbi müstəviyə keçəcəyi qaçılmaz ola bilər”.