Xocalı soyqrımı ilə bağlı Türkiyədə silsilə tədbirlər keçirilir

Bir qrup ziyalı və tanınmış siyasətçilərdən ibarət nümayəndə heyəti Xocalı soyqırımı ilə bağlı keçirilən kütləvi tədbirlərdə iştirak etmək üçün Türkiyəyə səfər ediblər. Nümayəndə heyətinin tərkibinə AMİP Siyasi Şura üzvü, partiyanın Qadınlar Təşkilatının sədri Aminə Vəliyeva və siyasətçi alim Pərviz Səmədbəyli də qatılıblar.

İstanbulda olan Aminə xanımdan aldığımız məlumata görə, Xocalı soyqırımı ilə bağlı müxtəlif tədbirlər, görüşlər keçirilib. Daha bir tədbir isə izdihamlı aksiya olub və bütün bu tədbirlərdə çıxış edənlər ermənilərin törətdikləri vəhşiliklərdən danışaraq türk və beynəlxalq ictimaiyyətdən dəstək istənilib.


A.Vəliyeva onu da vurğulayıb ki, belə tədbirlərin keçirilməsi təkcə qardaş ölkədə deyil, bütün dünyada da keçirilməsi vacibdir.