Çindən Rusiyaya Suriya dəstəyi

Çin hökuməti J-15 tipli döyüş təyyarələri ilə Rusiyanın Suriyada həyata keçirdiyi hərbi əməliyyatlarda iştirak edəcək.

Avropa.info xəbər verir ki, Çinin döyüş təyyarələri İraqın Təqaddum bazasından və Tartus sahillərində olan Liaoning təyyarə daşıyan gəmidən qalxaraq hücumlara dəstək verməyi planlaşdırır.

Pekin rəhbərliyi elektron rabitə və hava hücumundan müdafiə sistemləri ilə canlı qüvvəni önümüzdəki günlərdə Suriyaya göndərəcək.

Rusiyanın bölgədə başlatdığı hərbi əməliyyatlar, Suriya böhranını daha da dərinləşdirdi. Rusiya təyyarələri Əsəd rejiminə qarşı döyüşən türkmənlərin üzərinə bomba yağdırdı.