AMİP sədri Yusif Bağırzadənin Moderator.az-a verdiyi müsahibəni təqdim edirik:
-Yüsif
bəy, bələdiyyə seçkilərinə az vaxt qalmasına baxamyaraq, ölkənin
ictimai-siyasi həyatında və xüsusən də siyasi həyatında bir passivlik
hökm sürür.
- Siz düz buyurdunuz ki,
seçilərə ay ayrımdan vaxt qalsa da ölkənin ictimai-siyasi həyatında bir
passıvlik hökm sürməkdədir. Sanki qarşıdan bələdiyyə seçkiləri gəlmir.
Bunun bir sıra obyektiv və subyektiv səbəbləri var. Birincisi,
cəmiyyətin bir toplum olaraq seçkiyə olan inamının azalması, ikinsisi,
bələdiyyələrin statusunun olmaması, bələdiyyə institutunun yerli
idarəetmə orqan kimi özünü doğrultmaması və bunun nəticəsində siyasi
partiyaların bu seçkilərərə elə də ciddi maraq göstərməməsi ilə
bağlıdır. Ancaq biz AMİP bütün bunlara baxmayaraq bu seçikiyə ciddi
hazırlaşırıq və artıq partiya üzvləri namzidədliklərini irəli sürürlər
və bu proses hələ davam edir. Hədəfimz odur ki, seçkidə daha çox
namizədlə çıxış edib daha çox yer əldə edək. Bildiyiniz kimi bu
seçkilərdən qısa müddət sonra ölkədə parlament seçkiləri keçiriləcək və
bu baxımdan bu seçkidə iştirak bizim üçün ciddi önəm daşıyır. Bu seçki
növbəti parlament seçkisi üçün bir baş məşq olacaq. Çünki bu seçkidə
uğur əldə edə bilməyən siyasi təşkilatın parlament seçkilərindəki
uğurundan danışmaq bir az çətindir. Bu seçki elə bi spesfik xarakterə
malikdir ki, siyasi partiyalar bu seçilərdə iştirak etməklə əhali və
seçici ilə daha sıx təmasda olmaqla öz platformasını cəmiyyətə daha
rahat çatdıra bilər və biz də bir partiya olaraq bu imkandan və
fürsətdən yaralanıb, öz mövqeyimizi və ölkənin gələcəyi ilə bağlı
düşüncəmizi cəmiyyətə çatdıracağıq.
Digər tərəfdən ona da
ümid etmək istəyirəm ki, hakimiyyət də yaxın gələcəkdə bələdiyyə
institutunun statusunun qaldırılması və cəmiyyətə işlək bir instituta
çevrilməsi istiqamətində ciddi addımlar atacaq.
-Bir çox partiyalar isə bələdiyyə seçkilərinə deyil, parlament seçkilərinə üstünlük verir. Sizin bu yanaşmaya mövqeyinz necədir?
-
Biz hesab edirik ki, siyasi partiya fəaliyyət göstərirsə, o bütün
seçkilərdə iştirak etməlidir. Xüsusən də birbaşa seçici ilə daha rahat
ünsiyyət yaradılmasına imkan verən bələdiyyə seçkilərində. Bu seçkidə
hansı partiya daha çox rəğbət qazanacaqsa o partiya da parlament
seçkilərində daha çox uğur əldə etmək imkanı əldə edə biləcək. İlk
olaraq onu demək istərdim ki, seçkilərdə iştirak hər bir partiyanın öz
daxili işidir və bu barədə hansısa partiyaya digər partiyanın irad
tutması düzgün olmazdı. Amma bununla belə hesab edirəm ki, bələdiyyə
seçkilərindən iştirakdan imtina etmək düzgün fikir deyil.
-Bəzən belə bir fikir səslənir ki, bu partiyalar seçkiyə hazır olmadığı üçün getmirlər. Siz necə düşünürsünüz?
-Bəzi
partiyaların seçkiyə hazır olmaması fikri ilə müəyyən mənada
razılaşıram. Bəzi siyasi partiyalar seçkilərə şou kimi baxırlar və onlar
hesab edir ki, bələdiyyə seçkilərində belə bir şounu rellaşdıra
bilməyəcəklərindən bələdiyyə seçkilərində iştirak etmirlər. Burada
belədir ki, gücün varsa iştirak et və qazan. Yoxsa, seçkinin
nəticələrini indidən kölgə altına almaq düzgün yanaşma deyil.
-AMİP
olaraq son dövrlərdə müxalifətin inteqrasiya proseslərində iştirak
etməmənizlə bağlı müəyyən fikirlər səslənir. Bu passivliyin səbəbi
nədir?
-Mən elə düşünmürəm. Sadəcə
platforması, taktikası və strategiyası bəlli olmayan birliklrədə
iştirak etmirik. Əgər bu birlyinin perspektivini görmürəmsə orada
iştirakın nə mənası? Belə birliklər çox yaranır və bir müddət keçməmiş
başlayır bir-birini qarşılıqlı ittiham etməyə. Bizə təkliflər olur. Amma
biz bu təklifləri dəyərləndiririk və öz mövqeyimiz bildidiririk. Qaldı
ki, müxalifət birliklərində iştiraka biz hazırda Demokratik Qüvvələr
Birliyi deyilən bir qurumda bir sıra müxalifət partiyaları ilə
əməkdaşlıq edirik. Düzdür, bələdiyyə seçkiləri ilə bağlı olaraq müəyən
bir passivlik hiss olunur. Sadəcə bələdiyyə seçkilərində namizədlərin
irəli sürülmə prosesi başa çatdıqdan sonra toplantılar yenidən
keçiriləcək və gələck əməkdaşlıq məsələləri müzakirə olunacaq.
- Bəs parlament seçkilərində AMİP-in hansı formada iştirakı planlaşdırılır?Ayrıca, yoxa blok şəklində?
-Biz
parlament seçkiilərində blok şəklində iştirakı nəzərdə tuturuq. Artıq
KXCP, ALP və Azad Demokratlar Partiyası ilə belə bir danışıq aparılıb.
Əgər alınarsa biz "Avropaya seçim” bloku ilə parlament seçkilərinə
getmək istəyirik. Çünki bələdiyyə seçkilərindən fərqli olaraq parlament
seçkilərində siyasi partiyaalrın blok şəklində iştirakı daha məqbul və
məqsədəuyğundur. Parlament seçkilərində blok şəklində iştirak edib, daha
güclü və layiqli namizədləri irəli sürüb qalib gəlməsi baxımından bu
məqbul variantdır.
-Bəzən belə bir təklif səslənir ki, proporsional seçki sistemi yenidən bərpa olunsun. Sizin bu məsələyə mövqeyiniz?
-AMİP
hələ bir neçə il bundan öncə belə bir təkliflə çıxış edib və
qanunvericilik paketi hazırlayaraq parlamentə təqdim edib. Biz
Azərbaycanda həm proprosional, həm də mojaritar sistemin tətbiqinin
tərəfdarıyıq. Hesab edirəm ki, proporsional seçki sisteminin tətəbiqi
həm də ölkədə siyasi partiya institutnun da canlanmasına təkan
verərdi.