Suriya və İraq ərazilərinin xeyli hissəsinə nəzarət edən İD-ə (İŞİD) qarşı Qərb və ABŞ yerüstü hərbi əməliyyatlardan çəkinərək bunu Türkiyənin və kürd silahlı birləşmələrinin əli ilə həyata keçirmək istəyir. Lakin Ankaranın ehtiyatlı mövqeyi ABŞ və onun qərbli müttəfiqlərini kürd silahlı birləşmələrinə üstünlük verməyə sövq edib. Bunun da nəticəsi olaraq həm PKK, həm də onun Suriyadakı qolu olan PYD sürətlə silahlandırılır, onlara təlimlər keçirilir.
Bu məsələyə münasibət bildirən AMİP Təşkilat
Katibi Nazim Ələsgərov bildirdi ki, "Qərbin PKK-ya münasibəti yeni deyil. PKK və PYD-yə dəstəklər
Türkiyəni daim təziq altında saxlamaq
idi.
İndiki İŞİD-lə bagli durumda vəziyyət xeyli gərginləşib. Bir yandan ABŞ İŞİD-ə
qarşı koalisiya yaradıb və Türkiyəyə təziqlər
avsitəsi ilə,onlara qoşulmaga təhrik edir. Bir yandan Almaniya ayrıca
PKK-nı silahla təmin edir, bir yandan ABŞ havadan PKK-ya silah-sursat atır. Bərzani
Türkiyənin ərazisindən Kobaniyə kömək etmək üçün icazə istəyir.
Nəhayət, Türkiyədaxili olaylar, onu göstərir ki, bütün buludlar Türkiyənin üzərində firlanıranır. Şükürlər olsun ki, Türkiyə bu porovakasiyara uymur,və ən düzgün mövqe seçir”.