"Əsas hədəfimiz seçkilərin demokratik keçirilməsinə nail olmaqdır”

Azərbaycan Milli İstiqlal Partiyasında (AMİP) seçki hazırlıqları davam edir.

Bu barədə SalamNews-a məlumat verən partiyanın Mərkəzi Şurasının üzvü Əli Oruclu deyib ki, artıq namzidəliklərin irəli sürülməsi prosesinə başlanılıb: "Partiyanın həm Bakı şəhər, həm də rayon təşkilatlarından yüzlərlə milli istiqlalçı öz namizədliyini irəli sürüb. Hazırda da namizədliklərin irəli sürülməsi prosesi davam edir”.

Əli Oruclu AMİP seçkidə birinci və ya ikinci nəticə göstərməyi hədəf seçməyib: "Partiya olaraq əsas hədəfimiz seçkilərin demokratik keçirilməsinə, keyfiyyət və kəmiyyət baxımından uğura nail olmaqdır”./Salamnyus/