Dindən siyasi məqsədlər üçün istifadə
etmək yolverilməzdir. Trend-in "TRT Haber" telekanalına istinadən
verdiyi məlumata görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan
deyib.
Onun sözlərinə görə, Türkiyənin iqtisadi geriliyində həmişə İslam
dinini təqsirli bilirlər, lakin İslam inkişaf və elmin tərəfdarıdır.
R.T.Ərdoğan bir sıra müsəlman ölkələrində baş verən hadisələrdən təəssüfləndiyini də ifadə edib.
Prezident "dini xalq üçün tiryəkdir" ifadəsi ilə razı olmadığını
bildirib: "Siyasi və iqtisadi sahələrdə Türkiyəyə əksər hücumlar onun
müsəlman ölkəsi olması ilə əlaqədardır. Heç kəs Türkiyənin inkişafının
qarşısını ala bilməz".