"Rusiya Avropa və ABŞ-ın davamlı basqılarına tab gətirməyib"

"Rusiya bütün vasitələrdən istifadə edərək Ukraynaının avro-atlantik məkana inteqrasiyasının qarşısını almağa və ləngitməyə çalışır”. Məsələ ilə əlaqədar "Olaylar”-ın sualını cavablandıran AMİP Mərkəzi Şurasının üzvü, siyasi analitik Əli Orucov belə deyib.

 Ə.Orucov qeyd edib ki, Qərb də Ukraynanı Rusiyaya güzəştə getmək istəmir. Siyasi analitik hesab edir ki, bu dövlət həm ABŞ və Avropa İttifaqı, həm də Rusiya üçün vacib ölkədir: "Hər iki qütbün regional və beynəlxalq planlarında Ukrayna böyük önəm daşıyır. Ona görə də həm Rusiya, həm də Avropa bütün təsir vasitələrindən və imkanlarından istifadə edərək bu mübarizən qalib çıxmaq istəyir. Rəsmi Moskva Ukrayna məsələsində Qərbə uduzduğundan müdaxiləni açıq müstəviyə yönəldib, daha çox hərbi güc və iqtisadi təzyiqlərdən istifadəyə üstünlük verir. Xüsusən də qaz təminatı Kremlin əlində ən böyük dəyənək idi. Lakin Avropa və ABŞ-ın davamlı basqılarına tab gətirməyib bir qədər yumşalma mövqeyi seçdi. Kiyev də anlayır ki, bu təsir rıçaqın Putinin əlindən almaq üçün alternativ variantlar üzərində işləmək lazımdır. Lakin ABŞ-dan Rusiyaya qaz kəməri çəkmək mümkün deyil. ABŞ-dan sıxlaşdırılmış və mayeləşdirlmiş qaz almaq mümkündür, lakin bu çox baha başa gəldiyindən iqtisadi baxımından sərfəli deyil”.