Abdulla Gül siyasətə qayıdır

Türkiyənin keçmiş prezidenti Abdulla Gülün siyasətə qayıdacağı iddia edilir. Onunla indiki prezident Rəcəb Tayyib Ərdoğanın arasında bu barədə telefon söhbətinin olduğu bildirilir. Bu iddianın Ərdoğan tərəfindən təsdiqləndiyi vurğulanır.

Musavat.com Türkiyə mətbuatına istinadən bildirir ki, onların yaxın günlərdə görüşəcəyi də vurğulanır. Bildirilir ki, A.Gül bu ilki seçkidə AKP-nin namizədi olacaq.

AKP-nin parlament seçkilərindəki namizədlərinin siyahısı 14 apreldə açıqlanacaq. A.Gülün İstanbuldan namizədliyini verəcəyi qeyd edilir.