“Siyasətçilərin tarixçilərin yerini tutması xəyanətdir. Bu qərarın heç bir hüquqi əsası yoxdur. Tarix siyasət alətinə çevrilə bilməz. Bu açıqlamanın heç bir hüquqi əsası yoxdur. Bu bəyanat Türkiyə-Ermənistan münasibətlərinə zərər verəcək və bölgədəki vəziyyəti daha da gərginləşdirəcək.”
Bu fikirləri “İki sahil”ə açıqlamasında Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Arzuxan Əlizadə söyləyib.
A.Əlizadə qeyd edib ki, ABŞ NATO-dakı müttəfiqi Türkiyəyə qarşı bu münasibətlə 300 milyonluq türk dünyasına qarşı çıxıb: “ABŞ Adminstrasiyasının bu tarixi yalanı həqiqət kimi dünyaya elan etməsi, tarixi hadisənin tarixi aspektdən deyil, siyasi spekulyasiya aləti kimi istifadə etməsi yolverilməzdir. Əgər dövlət rəhbərləri soyqırımlara münasibət ifadə etməli olsalar, onda Türkiyə və Azərbaycanın səsisini daha yüksəkdən eşitməli olacaqlar. Elə 1915-ci ildə ermənilər Van şəhərini yer üzündən tamamilə silmişlər. Minlərlə dinc insanı qətl etmişlər. Elə 29 il bundan öncə Xocalı soyqırımı niyə xatırlanmır? Bu siyasi riyakarlıq deyilmi? Bəlkə ABŞ-nın Vyetnamda, Koreyada, Yaponiyada, Əfqanıstanda, İrakdakı törətdiyi soyqırımları unutmuşuq? Xeyir heç nə unudulmur, heç nə yaddan çıxmır. Tarix və zaman hər şeyi öz yoluna qoyacaq. Türkiyənin yanındayıq, hər zaman qardaş dövlətin haqlı mövqeyini dəstəkləməkdə davam edəcəyik.” “İki sahil”
Millət