AMEA Naxçıvan Bölməsinin Elmi-təşkilat şöbəsi tərəfindən "AMEA Naxçıvan Bölməsi-2017” biblioqrafıq göstəricisi çap olunub. AMEA Naxçıvan Bölməsinin İnformasiya şöbəsindən "Millət"ə daxil olan məlumata görə, bölmə əməkdaşların 2017-ci ildəki elmi fəaliyyətinin işıqlandırıldığı vəsaitin məsləhətçisi və redaktoru akademik İsmayıl Hacıyevdir.
Nəşrin I-ci hissəsində bölmə əməkdaşların Azərbaycanda, eləcə də Naxçıvan Muxtar Respublikasında və xarici ölkələrdə çap olunan elmi əsərləri-monoqrafiyaları, kitabları, tezisləri, jurnallarda, toplularda, eləcə də dövrü mətbuatda dərc edilmiş elmi məqalələri, tərcümələri, o cümlədən internet resursları, II-ci hissəsində isə "Köməkçi göstəriciləri” adlı bölmədə əsər başlıqlarının, müəlliflərin əlifba göstəriciləri verilib.
Qeyd edək ki, 2017-ci ildə bölmə əməkdaşlarının 33 monoqrafiya, 17 kitab, 2 atlas, 2 dərslik, 2 metodik vəsait, 705 elmi məqalə, 6 tezis olmaqla, ümumilikdə 767 elmi əsəri işıq üzü görüb. Biblioqrafik göstəriciyə 1027 mənbə daxil edilib ki, onlardan 56-sı kitab, 970-i məqalə, elmi məqalələrdən də 45-i impaktfaktorlu jurnallarda dərc olunub.