Bu gün Azərbaycan Milli İstiqlal Partiyasının qərargahında "Köklü islahatlarla dəyişikliklərə doğru” Platforması çərçivəsində əməkdaşlıq edən siyasi partiyaların sədrləri ilə görüş keçirilib.
AMİP Mətbuat və İnformasiya Xidmətindən Ovqat.com-a daxil olan məlumata görə, görüşdə AXP sədri Pənah Hüseyn, BAP sədri Elşad Musayev, Ag Partiyanın sədri Tural Abbaslı və AMİP –in sədr əvəzi Arzuxan Əlizadə iştirak edib.
Görüşdə ölkədə ictimai-siyasi vəziyyət və bir sıra digər məsələlər müzakirə edilib, o cümlədən patriyalar arasında əlaqələrin genişləndirilməsi üçün bu cür görüşlərin mütəmadi keçirilməsi qərara alınıb.