AMİP baş verənlərdən çox ciddi narahatçılığını ifadə etdi

Azərbaycan Milli İstiqlal Partiyası, Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti 200/36 ünvanında yerləşən çoxmərtəbəli binada baş vermiş və çoxsaylı insan tələfatına səbəb olmuş yanğınla əlaqədar həlak olmuş şəxslərin ailələrinə dərin hüznlə baş sağlığı verir, yanğın zamanı xəsarət almış şəxslərə Allahdan şəfa diləyir.

Bunun artıq ikinci analoji hadisə olması səbəbindən AMİP baş verənlərdən çox ciddi narahatçılığını ifadə edir. Bakı şəhərində çoxsaylı binaların eyni materialla üzləndiyini nəzərə alsaq, gələcəkdə belə hadisələrin baş vermə ehtimalı böyükdür. Bunu nəzərə alaraq, ölkə rəhbərliyindən təcili olaraq qabaqlayıcı tədbirlərin görülməsini, eyni zamanda binaların təhlükəli yanar materiallarla üzlənməsində günahı olanların müəyyən olunraq məsuliyyətə cəlb olunmasını tələb edirik.