AY Partiya Başqanının rəhbərlik etdiyi nümayəndə heyəti bu gün Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) Sədri Arzuxan Əlizadə ilə də görüşüb. Partiyanın mətbuat xidmətindən "Milllət"ə verilən məumata görə, görüşdə AMİP Mərkəzi Şurasının sədri Rəşad Bayramov, Təşkilat və seçki məsələləri üzrə sədr müavini Afsəddin Nəbiyev, Beynəlxalq məsələlər üzrə sədr müavini Elşən Mustafayev də iştirak edib.
Anar Əsədli AY Partiya barədə məlumat verib, digər siyasi partiyalarla əməkdaşlığından danışıb. O, bu istiqamətdə fəaliyyətin davam etdirildiyini diqqətə çatdırıb.
Arzuxan Əlizadə bildirib ki, AMİP dəfələrlə siyasi partiyaların birliyinin yaradılması üçün təşəbbüs göstərib, bu baxımdan AY Partiyanın bu addımını dəstəkləyir. O deyib ki, Azərbaycan siyasi meydanında partiyaların əməkdaşlığının alternativi yoxdur, hər kəs əməkdaşlığın güclənməsi üçün çalışmalıdır.
Görüşlərdə əməkdaşlığın perspektivləri, gündəmdəki məsələlər müzakirə edilib.
Millət