AMİP Əli Əliyevi bitirəcək sənəd yaydı

Bu gün AMİP Mətbuat və İnformasiya Xidmətinin məlumatı yayılıb. Məlumatda deyilir: "

Adı dırnaqarası VİP adlanan partiyanın sədri vəzifəsini daşıyan, ambisiyaları başından böyük, Azərbaycan siyasətində mənəviyyatdan və əxlaqdan danışmağa haqqı olan ən axırıcı adam Əli Əliyev, onu siyasi səhnəyə gətirən, əlindən tutub bu çətin yollarda yürüməsinə və əlinin çörəyə çatmasında ən ümdə rol oynayan AMİP-in fəxri lideri Etibar Məmmədov haqqında "Reaksiya” TV-də ağzına gələn hədyanlar səsləndirib.

Görünür, indiyədək dediklərinə cavab verilmədikcə islah olunmaq əvəzinə onda getdikcə özünə maniakal səviyyədə vurğunluq yaranıb və bu hal son həddi aşıb.

İllərlə əsl sifətini gizlədən bu adama AMİP-də mühüm postlar həvalə olunub. Həqiqət budur ki, 2005-ci ildə AMİP sədri vəzifəsinə seçiləndən sonra partiyanı öz şəxsi məqsədləri üçün istifadə etməyə cəhd göstərdiyinə, pozuculuq fəaliyyətinə və indiyədək açıqlanmayan məişət əxlaqsızlığı və mənəviyyatsızlığı səbəbindən 8 yanvar 2006-ci il tarixdə partiyanın Mərkəzi Şurasının yekdil qərarı ilə sədrlikdən və üzvlükdən qovulub.

Mənəvi rəhbərinə, təmsil olunduğu partiyaya qarşı xəyanət yolu seçən, övladlarından imtina edən birisinin hər nədən danışırsa danışsın, əxlaqdan danışmağa haqqı çatmır.

Əli Əliyev üçün müqəddəslik deyə heç bir məfhum yoxdur. Gündəmdə olduğunu göstərərək özünü kimlərəsə ucuz qiymətə təklif edən bu siyasi kloun, şəxsiyyətlərin nüfuzuna hər hansı bir kölgə salmağa cəhdlə xal qazanmağa çalışır. Amma, yaxşı bilir ki, ləkəli reputasiya ilə çox da uzağa gedə bilməz.

Əli Əliyevin AMİP sədrliyindən və üzvlüyündən qovulmasının səbəblərindən birini-onun keçmiş həyat yoldaşının AMİP lideri Etibar Məmmədova ünvanladığı müraciəti olduğu kimi təqdim edirik.

.

AMİP lideri Etibar Məmmədov cənablarına

Açıq məktub

Yazıb Sizdən xahiş edirəm ki,mən Mirzəyeva Samirə Kərim qızı 1996-cı ildən hal-hazırkı AMİP sədri Əliyev Əli Nadir oğlu ilə ailə həyatı qurmuşam. 20 iyun 1997-ci ildə oğlumuz anadan olub. Məndən xəbərsiz özbaşına 12 mart 1997-ci ildə Nərimanov rayonu VVAQ şöbəsində saxta yolla nigahımızı pozub şəhadətnamə almışdır, halbuki, mən birinci oğluma hamilə idim (üzr istəyirəm). 2002-ci ildə bizim əkiz uşaqlarımız olub-oğlan uşaqları.

Amma 2001-ci ildən mənim ərim Əli rəfiqəm ilə-ailəli bir qadınla gizlin görüşməyə başladı, bu əxlaqsızlığı onun həyat yoldaşı aşkar edib. Biz həm rəfiqə, həm ailəvi dost idik, həm də otuz ilin qonşusu idik. O qadın Əliyeva Dilarə Kamil qızıdır. Dilarə birinci ərindən 10 yaşında olan oğlunu-Cəfərov Kamran Səftər oğlunu valideynlərinin üstünə atıb oğlundan imtina edib. Dilarə ərim Əli ilə qoşulub qaçdı, ailə həyatı qurdu, Ərim Əli üç uşağı üstümə atdı. Əxlaqsız yoldaşım bu əxlaqsız qadına qoşulandan sonra öz uşaqlarından imtina etdi. Üç yaşına çatan uşaqların ata olan bəndə heç üzünü belə görməyib. Uşaqları ata üzünə, ata məhəbbətinə həsrət qoyub. Mən ana kimi üç oğlumla fəxr edirəm, dövlət üçün üç əsgər böyüdürəm. Əli AMİP sədri-"siyasət adamı” olsa da televizorda əxlaqdan danışır, özü isə əxlaqsızdır. Qonşusunun evini yıxıb arvadını əlindən alıb, onun oğlunu anasız, öz övladlarını isə atasız qoydu. İndi həmin Əli Əliyev AMİP Sədri-millət vəkili olmaq eşqinə düşüb. Seçki platformasında yazıb ki, bir oğlum var, bir qızım. Faktiki olaraq birgə nigahdan üç oğlan uşağımız var, bir qız isə Dilarədəndir. Uşaqlarının üzünü görməyən, maddi cəhətdən kömək etməyən ata hələ də millət vəkili olmaq istəyir. Əli Əliyev öz uşaqlarına vəkillik eləmir, Azərbaycan xalqına necə vəkillik edə bilər? -əxlaqsız, vicdansız, siyasətçi...

Mənə deyir ki, davalar olan vaxtı bizi (yəni Əli və Dilarəni) bir il, ya da iki il müzakirə edəcəklər. Mənim pulum çox olandan sonra hamının ağzı yumulacaq, şəxsiyyət olmaq lazımdır. Sən də necə istəyirsən elə də yaşa.

Əli Əliyev biqeyrətliyi ilə şəxsiyyət olmaq istəyir.

Xahiş edirəm bu məktubu oxuyub, Əlinin vicdansız hərəkətlərini oxuyub düzgün qiymət verəsiniz və onun partiya sıralarından xaric olunması üçün addımlar atasınız.

Hörmətli Etibar bəy, bir ana kimi bunu Sizdən xahiş edirəm.

İmza: Mirzəyeva Samirə

Sentyabr 2005-ci il