1955-ci ildə Xaçmaz rayonunun Carxı kəndində müəllim ailəsində anadan olub. Məktəbi bitirdikdən sonra 1971-ci ildə Pedoqoji İnstituta daxil olub. 1975-ci ildə həmin institutun coğrafiya fakultəsini bitirib.
1975-ci ildən 1979-cu ilədək Xaçmaz rayon Carxı kəndində, 1979-cu ildən Xaçmaz şəhər 6 saylı orta məktəbində coğrafiya müəllimi işləyib.
Azərbaycan Milli İstiqlal Partiyası Xaçmaz Rayon Təşkilatının sədridir. Milli Məcliş üzvülüyünə namizədliyi partiyadan 55 saylı Xaçmaz şəhər Seçki Dairəsindən irəli sürülüb və qeydə alınıb.
Qurbanov Məhəmməd Milli Azadlıq Hərəkatının fəal iştirakçısı olub. Müstəqilliyimizin və dövlətçiliyimizin qorunması, demokratiyanın bərqərar edilməsi istiqamətində ardıcıl mübarizə aparıb.
Bu gün də bilik və bacarığını, enerjisini bu ideyalar uğrunda mücadiləyə həsr etməkdədir. O, rayonun probleblərini mütamadi şəkildə qaldırıb və bu problemlərin həlli üçün səylərini əsirgəməyib.
Ailəlidir, 4 övladı var..
Xaçmaz şəhərində yaşayır.(Ünvan Cavadxan küçəsi 4)