AMİP-in Qurultayında xarici qonaqlar da iştirak edəcək

Azərbaycan Milli İstiqlal Partiyasının qurultayının bu il keçirilməsi nəzərdə tutulur.

Bu barədə "OLAYLAR”-a açıqlama verən partiyanın beynəlxalq məsələlər üzrə katibi Elşən Mustafayev deyib ki, qurultay cari ilin birinci yarısında baş tuta bilər: "Qurultayın keçirilməsi ilə bağlı nizamnamə ilə nəzərdə tutulmuş bütün prosedurlar yekunlaşıb, təşkilatı və logistik işlərlə bağlı bəzi məsələlər də yekunlaşandan sonra qurultayın günü Mərkəzi Şura tərəfindən təsdiq olunacaq”. Elşən Mustafayev deyib ki, qurultaya Avropadan əməkdaşlıq etdikləri bir çox beynəlxalq təşkilatlardan müttəfiqlər də dəvət edilə bilər: "Təbii ki iqtisadi böhranın olması müəyyən çətinliklər yarada bilər. Amma nəzərə alınmalıdır ki, qurultayın işlərinin əksəriyyəti könüllülərimiz tərəfindən əvəzsiz olaraq görülür. İşlərimizin maliyyə tələb edəb hissələri də könüllülərimizin hesabına həyata keçiriləcək. Çalışacağıq ölkədə olan iqtisadi böhranın bizim işlərimizə maneçiliyi olmasın”.