AMİP məsuliyyəti iqtidarın üzərinə qoydu

Bu gün AMİP Siyasi Şurasının genişləndirilmiş iclası keçirilib. AMİP RT Sədrlərinin və Parlament seçkilərində AMİP-i təmsil edən namizədlərin iştirakı ilə keçirilmiş iclasda 01 noyabr 2015-ci il tarixdə Milli Məclisə keçirilmiş seçkilər müzakirə mövzusu olub. İclas iştirakçıları müzakirə olunan məsələ ilə əlaqədar Bəyanat qəbul ediblər.

01 noyabr 2015-ci il tarixdə Milli Məclisə keçirilmiş seçkilərlə əlaqədar Azərbaycan Milli İstiqlal Partiyasının Bəyanatı

Azərbaycan Milli İstiqlal Partiyası bəyan edir ki, 01 noyabr 2015-ci il tarixdə Azərbaycan Respublikasının Milli Məclisinə keçirilən seçkilər qeyri-bərabər rəqabət, əlverişsiz seçki mühiti və inzibati resurslardan istifadə edilməklə hakimiyyət tərəfindən tam idarə olunan şəkildə keçirilmişdir. Namizədlərə Azərbaycan vətəndaşlarının vergiləri hesabına maliyyələşən televiziyalarda pulsuz efir vaxtı verilməmiş, bir çox hallarda namizədlərin təbliğat-təşviqat aparmalarına, seçicilərlə görüşlərinə, öz platformalarını, proqram və mesajlarını geniş auditoriyaya sərbəst çatdırmalarına məhdudiyyətlər qoyulmuşdur. Hakimiyyət ötən seçkilərdə olduğu kimi bu seçkilərdə də parlamentin xaqlın iradəsi ilə formalaşdırılmasına imkan verməmişdir.

1 noyabr seçkilər bir daha göstərdi ki, Azərbaycan hakimiyyəti seçkilərin demokratiyanın vacib elementi olan bir institut kimi sıradan çıxaraılmasında maraqlıdır. Ölkədə keçirilən bütün ranqlı seçkilərdə öz namizədləri ilə iştirak edən və seçki institutunu demokratik dəyişikliklərin, inkişafın və mütərəqqi islahatların ən vacib elementi hesab edən Azərbaycan Milli İstiqlal Partiyası ölkədə getdikcə seçkilərə və seçkili qurumlara inamın itdiyindən ciddi narahatçılığını ifadə edir.. Xalqın Konstitusion hüquqlarından irəli gələn seçib-seçilmək hüququnun kobud və total surətdə pozulması heç bir halda qəbul oluna bilməz. AMİP sıyasi və demokratik təsisisatların zəiflədilməsinə yönələn siyasəti, o cümələdən, azad seçkilərə kobud müdaxiləni qəti şəkildə pisləyrək, gələcəkdə bunun doğuracağı fəsadlardan narahatlığını bildirir. AMİP hesab edir ki, Azərbaycan iqtidarının pozitiv gözləntilərin əksinə olraq daha mürtəce mövqe tutması, ictimai rəyin və beynəlxalq aləmin əleyhinə addımlar atması ölkəni ciddi təhlükələrlə üz-üzə qoyur. Partiya stabilliyin dayanıqlığı, vətəndaş həmrəyliyi, milli etimada nail olunması və siyasi tarazlığın qorunmasında müsbət rol oynaya biləcək daha bir fürsətin əldən verilməsini təəssüflə qeyd edir. AMİP bundan sonra Azərbaycanda baş verə biləcək radikallaşmaya, böhrana, gərginliyə görə bütün məsuliyyətin Azərbaycan iqtidarında və hakimiyyətin yürütdyü siyasətdə olduğunu bəyan edir.

Azərbaycan Milli İstiqlal Partiyası hakimiyyəti bir daha konsrtiktiv mövqe tutmağa, xalqla hesablaşmağa, ölkənin beynəlxalq imicini düşünməyə, ölkənin, dövlətin və millətin qarşısında məsuliyyətini dərinliyi ilə anlamağa çağırır.