Xəbər verildiyi kimi, AMİP sədri Arzuxan Əlizadə və AMİP sədrinin beynəlxalq əlaqələr üzrə müavini Elşən Mustafayev 7-10 iyun tarixlərində Avropa parlamentinə keçirilən seçkiləri izləmək məqsədilə İsveçin paytaxtl Stokholmda səfərdə olmuşlar. Səfər İsveçin hazırda hakimiyyətdə olan Moderat partiyasının dəvəti ilə baş tutmuşdur.
Səfər çərçivəsində AMİP nümayəndə heyəti ilə İsveçin Xarici işlər naziri Tobias Bilström də daxil olmaqla Moderat partiyasının rəhbərliyində təmsil olunan yetkililər, o cümlədən İsveç parlementinin və Avropa parlamentinin Moderat partiyasından olan deputatları ilə görüşlər keçirilmiş, gələcək əməkdaşlıq məsələləri ilə bağlı fikir mübadiləsi aparılmışdır.
İyunun 9-da Moderat partiyasının Seçki Qərərgahında İsveçin Baş naziri Ulf Kristersson başda olmaqla bir çox hökumət və parlament üzvlərinin də qatıldığı seçki gecəsi tədbirində bütünlükdə Avropa İttifaqı üzrə Avropa parlamentinə seçkilərin nəticələri canlı izlənilmişdir