Qarabağ ətrafında erməni təxribatlarının artan xətt üzrə çoxalması Azərbaycan cəmiyyətində ciddi narahatlığa və etirazlara səbəb olmuşdur. Son günlər baş vermiş erməni təxribatlarının xronologiyasna nəzər yetirsək aydın şəkildə görmək mümkündür ki, Ermənistan münaqişənin yenidən alovlanmasında maraqlıdır. Noyabr ayının 8-də Şuşa yaxınlığında baş vermiş erməni təxribatı məhz bu təxribat zəncirinin halqalarından biri idi. Ardınca, 13 noyabr 2021-ci il tarixdə səhər saatlarında Xankəndi-Laçın şosse yolu ilə Laşın şəhəri istiqamətində hərəkətdə olan avtomobildən düşən erməni terrorçusu Mirzoyan Azərbaycan Hərbi birləşmələrinin hərbi postuna əl qumbarası atmaqla növbədə olan hərbi qulluqçularımızı milli düşmənçilik niyyətilə qəsdən öldürməyə cəhd etmişdir. Nəticədə hərbi qulluqçularımız müxtəlif dərəcəli ağır bədən xəsarətləri almışlar. Terror aktı rus “sülhməramlılarının” bilavasitə gözləri qarşısında baş vermişdir. Terrrorçu rus hərbçiləri tərəfindən saxlanılsa da Azərbaycan tərəfinə deyil, qondarma qurumun orqanlarına təhvil verilmişdir ki, bu da Azərbaycana qarşı növbəti qanunsuzluq və hörmətsizlik aktı kimi qəbul olunmalıdır.
Azərbaycan Milli İstiqlal Partiyası bütün baş verənlərin fonunda üzərindən 1 ildən artıq müddət keçməsinə baxmayaraq 10 noyabr 2020-ci il Bəyannaməsinin 4-cü bəndinin yerinə yetirilməməsini, həmçinin, rus hərbçilərinin erməni silahlı quldur dəstələrinin əslində ərazidə sərbəst surətdə silahlanaraq qalmasına rəvac verməsini Azərbaycanın suveren hüquqlarına qəsd kimi qiymətləndirir.
AMİP rus hərbçilərinin üzərlərinə götürdüyü “sülhməramlı” missiyanı yerinə yetirmədiyini Rusiya siyasi rəhbərliyinin diqqətinə çatdırılmasını,
Azərbaycan əsgərlərinə qarşı terror aktı törətmiş cinayətkarların Azərbaycan Respublikasının Qanunvericiliyinə müvafiq surətdə cəzalandırılması məqsədilə Azərbaycan tərəfinə verilməsini, gələcəkdə baş verə biləcək terror aktlarının qarşısını almaq üçün təxirəsalınmadan anti-terror əməliyyatlarına başlamağın vacibliyini, Laçın dəhlizinin eyni zamanda Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən də nəzarətə götürülməsinin vazkeçilməzliyini bir daha bəyan edir.
Millət