Azərbaycan Milli İstiqlal Partiyası sabah 24 aprel, saat 12.00-da Azərbaycanın müstəqilliyi və azadlığı uğrunda canından keçən Şəhidlər Xiyabanındakı Türk şəhidlərini ziyarət edəcək. Partiya onların əziz xatirəsinə ucaldılmış abidə önünə əklil qoyacaq:
"Türkiyə hər zaman Azərbaycanın yanında olub. Sevincimizə sevinib, kədərimizə üzülüb. Ötən əsrin əvvəllərində öz başı dərddə olan qardaş Türk xalqı Azərbaycanı erməni-rus qaniçənləri və beynəlxalq imperializmlə təkbətək qalmasına izin vermədi. Böyük itiklər bahasına Azərbaycanı xilas etdi.
Bu gün yenə həmin iperializm və məkrli düşmənlər başqa cilddə Türk dünyasını təhdid və şantaj etməkdədir. Biz keçmişimizə sayğı və hörmət duymalıyıq ki, gələcəyimizi də öz istədiyimiz kimi qura bilək. Türk və Azərbaycan xalqının bu dönəmlərdə daha da sıx birləşməsinə, bütövləşməsinə ciddi ehtiyac var. Biz birlik olanda daha güclü oluruq".