Azərbaycan Milli İstiqlal Partiyası Türkiydə keçirilən seçkilərlə bağlı bəyanat verib. Partiyanın Mətbuat Xidmətindən "Millət"ə daxil olan həmin bəyanatda deyilir: "Azərbaycan Milli İstiqlal Partiyası 07 iyun 2015-ci il tarixlində Türkiyə Cümhuriyyəti Böyük Millət Məclisinə keçirilmiş seçkinin nəticələrini türk xalqının demokratik və dünyəvi dəyərlərə sadiqliyinin nümayişi kimi qiymətləndirir. Baş tutmuş seçkilər Türkiyəyə düşmən mövqedə olan qüvvələrin anti Tükiyə təbliğatına tutarlı cavabdır.
Azərbaycan Milli İstiqlal Partiyası olaraq parlamentdə təmsil olunan, Türkiyənin bütövüyü, inkişafı və daha qüdrətli dövlət olması istiqamətində mücadilə edən siyasi partiyaları təbrik edir və bir daha ümidvar olduğumuzu bildiririk ki, Azərbaycan-Türkiyə münasibətləri bundan sonra da qardaşlıq və dostluq əlaqələri üzərində davam edəcəkdir.
Azərbaycanın ərazi bütövlüyünün qorunması, Dağlıq Qarabağ və işğal altında olan Azərbaycan torpaqlarının işğaldan azad olunması istiqamətində qardaş Türkəyə Cümhuriyyətinin hərtərfli dəstəyinin davamlı olacağına inamlı olmağımızla yanaşı, Azərbaycan xalqının da hər zaman qardaş Türkiyənin yanında olacağını bir daha bəyan edirik.
Tanrı Türkü qorusun!