Əli Orucov: "Bu problemin həlli milli həmrəylikdən keçir”
Dağlıq Qarabağ Azərbaycanın ümummilli problemidir. Bu məsələdə fikir ayrılığı olmamalı və bütün siyasi qüvvələr eyni mövqedən çıxış etməlidir. Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) münaqişənin həllində xalqın vahid mövqeyini nümayiş etdirmək üçün "Vahid Qərar Şurası”nın yaradılması təklifilə çıxış edib. Bu təklif ictimaiyyətdə geniş müzakirə olunub və nüfuzlu ziyalılar, hərbi ekspertlər, siyasi partiya rəhbərləri tərəfindən yüksək qiymətləndirilib. Müharibə başlanarsa, müxalifətçiliyə son veriləcəkmi?
Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) Siyasi Şurasının üzvü Əli Orucov da həmçinin bildirib ki, müharibə olarsa, iqtidar-müxalifət anlayışı ortadan götürülməlidir: "Hadisələrin gedişatı ilə cərəyan edən bu proseslər onu deməyə əsas verir ki, artıq regionda müharibə qaçılmazdır. Bu münaqişənin də həlli ancaq müharibədir. Bunun alternativi yoxdur. Təbii ki, əgər müharibə başlayacaqsa, torpaqlarımızın azadlığı uğrunda geniş miqyaslı hərbi əməliyyatlara start veriləcəksə, ümumiyyətlə, iqtidar-müxalifət anlayışı ortadan götürüləcək. AMİP üzvlərinin bir çoxu müharibədən çıxmış şəxslərdir. Atəşkəs dövrünə qədər AMİP üzvləri döyüşlərdə çox fəal iştirak ediblər. AMİP üçün ilk növbədə vətən anlayışı var.
Biz dəfələrlə vurğulamışıq ki, bu problemin həlli milli həmrəylikdən keçir. Əgər hökumət bu birliyə, həmrəyliyə arxalanıb döyüş əmri versə, o zaman bizim qarşımızda heç kim dura bilməz. Əks tədqirdə, yenə də oyunlar oynanacaq və siyasi mübarizələrin intriqasına çevriləcək. Bundan isə yalnız vətən və xalq əziyyət çəkəcək”.