Sentyabrın 2-də Avropa Şurası Parlament Assambleyasının Parisdə keçirilən Büro iclasında Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi ilə bağlı qətnamə layihələri üzrə məruzəçi təyin olunması məsələsinə baxılıb. Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Elxan Süleymanov AzərTAc-a belə məlumat verib.
Büro Elxan Süleymanovun müəllifi olduğu qətnamə layihələrini məruzəçi təyin olunması üçün Siyasi Komitəyə göndərib. Məruzə "Dağlıq Qarabağda və Azərbaycanın digər işğal edilmiş ərazilərində gərginliyin artması” adı ilə yazılacaq.