ATƏT Parlament Assambleyasının vitse-prezidenti AMİP-də

Oktyabrın 28-29 da Azərbaycan Milli İstiqlal Partiyası ilə İsveçin Moderat Partiyasnın Jarl Hjalmarson Fondunun birgə təşkilatçılığı ilə "Avropa dəyərləri-onları Azərbaycanda necə təşkil etməli” mövzusunda beynəlxalq konfransı keçirilib.

AMİP-dən  verilən xəbərə görə, dörd sessiyadan ibarət olan konfransı AMİP-in beynəlxalq əlaqələr katibi Elşən Mustafayev və Moderat Partiyasının rəsmi nümayəndəsi Riçard Tornqvist af Strom açıq elan ediblər.

Konfransın hər iki günündə ATƏT Parlament Assambleyasının vitse-prezidenti xanım Marqareta Sederfelt iştirak edərək, 2 sessiyada əsas məruzəçi olub və Avropa dəyərləri, onların Azərbaycanda təşviqi, Avropa İttifaqına inteqrasiya, AMİP-in bu istiqamətdə fəaliyyəti ilə bağlı qarşılıqlı fikir mübadilələri və diskussiyalar keçirilib. Eyni zamanda Stokholm Şəhər Şurasının komissarı Kristoffer Tomsons "Bu günün geosiyasi prespektivlərindən irəli gələn cari problemlər”, "Zamanımızın böyük sülh lahiyəsi” mövzusunda geniş məruzələr edib.

AMİP-dən isə əsas məruzəçi kimi AMİP lideri Etibar Məmmədov çıxış edib. Çıxışında Etibar Məmmədov Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrinin inkişaf etdirilməsinin vacib olduğunu, ölkəmizin Avropa institutlarından təcrid olunmasının isə yolverilməz olduğunu qeyd edərək, Avropaya inteqrasiya istiqamətində hamını ciddi fəaliyyət göstərməyə çağırıb.