Donald Tuskun Azərbaycana səfərinin pərdəarxası məqamları
Avropa Ittifaqı Şurasının prezidenti Donald Tusk iyulun 22-də Azərbaycana gələcək. O, dünən Ermənistana səfər edib. Səfər çərçivəsində Donald Tusk Ermənistan prezidenti Serj Sarkisyan və baş naziri Ovik Abramyan ilə görüşüb. Donald Tuskun həmçinin müxalifət partiyaları ilə görüşü nəzərdə tutulub.
Ermənistana səfərdən sonra Donald Tusk Gürcüstana, oradan isə iyulun 22-də Azərbaycana səfər edəcək.
Donald Tuskun Azərbaycana səfəri Azərbaycan-Avropa Birliyi münasibətlərinin çox gərgin olduğu dövrə təsadüf edir. Qeyd edək ki, Riqa sammiti zamanı məhz Donald Tuskun Azərbaycanın dövlət başçısı Ilham Əliyevlə iki dəfə telefonla danışması nəticəsində Riqa bəyannaməsini xarici işlər naziri Elmar Məmmədyarov imzalayıb.
Iyulun 13-də Ilham Əliyev Nazirlər Kabinetinin iclasında çıxış edərkən ilk dəfə açıq şəkildə Avropaya qarşı çox sərt ittihamlar səsləndirdi. Ilham Əliyevin belə çıxış etməsinin başlıca səbəbi Avropa Birliyinin siyasi məhbuslar məsələsində daha sərt mövqedə durması ilə bağlıdır. Məhz siyasi məhbusların buraxılmaması azad edilməməsi nəticəsində Avropa Birliyinin liderləri Avropa Oyunlarının açılış mərasiminə gəlmədilər. Bütün bunlar onu göstərir ki, Donald Tuskun Bakıya səfəri Azərbaycan-Avropa Birliyi münasibətlərində dərin böhranın mövcud olduğu vaxta təsadüf edir. Yaranmış vəziyyət Tuskla Ilham Əliyev arasında kifayət qədər ciddi və ola bilsin ki, sərt müzakirələrin keçirilməsilə nəticələnəcək.