Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) Beynəlxalq əlaqələr üzrə katibi Elşən Mustafayev "Yaxın plan” layihəsində
Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) Beynəlxalq əlaqələr üzrə katibi Elşən Mustafayevin AzNews.az-a müsahibəsi.
Dünyada dəngələr dəyişir. Dəyişən dəngələr müqabilində Azərbaycanın yerləşdiyi fiziki və tarixi-siyasi coğrafiyada yeni tendensiyalar müşahidə edilir. Regionda nələr baş verir və baş verənlər qarşısında milli maraqlarımızın maksimum qorunması üçün hansı addımlar atılmalıdır?
Bu əsas sual ətrafında AzNews.az Azərbaycanda strateji düşüncə sahibi olan insanlarla "Yaxın plan” layihəsi altında müsahibələr təşkil edir. Məqsədimiz, ilk baxışda uzaq görünən məsələləri yaxın plana gətirmək və incələməkdir.
Bu dəfəki müsahibimiz Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) Beynəlxalq əlaqələr üzrə katibi Elşən Mustafayevdir.
Rusiya-Ukrayna məsələlərindən xəbərdarsınız. Baş verənləri necə şərh edərdiniz?
Ukrayna – Rusiya arasında baş verənlər son illər ərzində günbəgün artan gərginliyin məntiqi nəticəsidir. Dövlətlər səviyyəsində düşmənçilik o həddə gəlib ki, istənilən bəhanə prosesləri qaynar fazaya keçə bilər. Əslində Rusiya hərbçiləri tərəfindən 3 kiçik katerin saxlanması Krımın anneksiyası, Donbasda və Luqanskda baş verən hadisələrin qarşısında kiçik bir hadisədir. Dediyim kimi artıq ziddiyyət o qədər dərinləşib ki, baş verən və ya baş verə biləcək istənilən səviyyədə hadisəyə reaksiyalar təhlükəli olacaq.
Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) Beynəlxalq əlaqələr üzrə katibi Elşən Mustafayevin AzNews.az-a müsahibəsi.
Dünyada dəngələr dəyişir. Dəyişən dəngələr müqabilində Azərbaycanın yerləşdiyi fiziki və tarixi-siyasi coğrafiyada yeni tendensiyalar müşahidə edilir. Regionda nələr baş verir və baş verənlər qarşısında milli maraqlarımızın maksimum qorunması üçün hansı addımlar atılmalıdır?
Bu əsas sual ətrafında AzNews.az Azərbaycanda strateji düşüncə sahibi olan insanlarla "Yaxın plan” layihəsi altında müsahibələr təşkil edir. Məqsədimiz, ilk baxışda uzaq görünən məsələləri yaxın plana gətirmək və incələməkdir.
Bu dəfəki müsahibimiz Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) Beynəlxalq əlaqələr üzrə katibi Elşən Mustafayevdir.
Rusiya-Ukrayna məsələlərindən xəbərdarsınız. Baş verənləri necə şərh edərdiniz?
Ukrayna – Rusiya arasında baş verənlər son illər ərzində günbəgün artan gərginliyin məntiqi nəticəsidir. Dövlətlər səviyyəsində düşmənçilik o həddə gəlib ki, istənilən bəhanə prosesləri qaynar fazaya keçə bilər. Əslində Rusiya hərbçiləri tərəfindən 3 kiçik katerin saxlanması Krımın anneksiyası, Donbasda və Luqanskda baş verən hadisələrin qarşısında kiçik bir hadisədir. Dediyim kimi artıq ziddiyyət o qədər dərinləşib ki, baş verən və ya baş verə biləcək istənilən səviyyədə hadisəyə reaksiyalar təhlükəli olacaq.
ABŞ Qara dənizə savaş gəmiləri göndərməyə hazırlaşır. Bu addım hazırkı vəziyyəti daha da gərginləşdirə bilərmi?
ABŞ-ın Qara dəniz akvatoriyasına hərbi gəmilər göndərməsi ilə bağlı məlumatlara gəldikdə, hələ bu baş verməmiş Rusiyanın reaksiyaları ortadadır. Hesab edirəm ki, məsələnin gündəmə bu şəkildə çıxarılmasının özü də prosesləri gərgin saxlamağa hesablanıb. ABŞ NATO-nun əsas dövlətidir və NATO-nun Qara dənizdə hərbi gəmiləri mövcuddur. NATO çətiri altında Montre razılaşmasına görə Bosfor boğazı vasitəsilə yeni döyüş gəmilərini akvatoriyaya göndərməsi də mümkündür. Aydındır ki, belə addımlar atılacağı halda qarşı tərəfdən panik qərarlar ola bilər. Hazırda ciddi əsəb savaşı ortadadır və bu savaş davam etdikcə səhvlərin sayı artacaq, son nəticədə isə kimsə tətiyi ilk çəkəcək...
Ukrayna hərbçilərə xəbərdarlıq etmədən atəş açmaq üçün icazə verən qərarı təsdiqləyib. Bunu da sərhədlərini qorumaq üçün etdiklərini deyirlər. Sizcə, bu, hadisələrin üzü müharibəyə getməsi kimi şərh oluna bilərmi?
Donbas və Luqanskda baş verən hadisələrə baxsaq, iki dövlət arasında müharibə artıq bir neçə ildir ki, davam edir. Rusiya bunu inkar etməyə uğursuz cəhdlər etsə də, bütün dünyaya müharibə edən tərəfin kim olduğu məlumdur. Hadisələr yenicə başlayanda çoxları hesab edirdi ki, Ukrayna Krım böhranından sonra Şərqi Ukraynanı itirməmək üçün müvəqqəti olsa da, balanslı siyasət yürütməyə məcbur olacaq. Amma tam əksinə oldu. Məhz Donbas və Luqansk de-fakto nəzarətindən çıxandan sonra Ukrayna, Rusiya ilə öncələrdən qalmış bütün əlaqələrini kəsərək Aİ və ABŞ ilə daha çox yaxınlaşdı. Düşünürəm ki, Moskvanı qıcıqlandıran da məhz bu oldu. Həmçinin unutmamalıyıq ki, BMT və digər beynəlxalq təşkilatlar, dünya dövlətlərin əksəriyyəti Krımı Ukrayna ərazisi kimi qəbul edir və Rusiya tərəfindən anneksiya olunduğunu bildirir. Belə olan halda hamı tərəfindən qəbul olunmuş beynəlxalq konvensiyalara görə rus hərbi donanmalarının məskunlaşdığı sahillər belə Ukrayna ərazisidir. Bu məntiqə əsaslanaraq Qərb və ABŞ Kerç boğazındakı məlum hadisəyə görə birmənalı olaraq Rusiyanı günahlandırır.Ukraynanın öz sərhədlərini qorumaq üçün bütün hərbçilərini döyüş vəziyyətinə gətirməsi də onun hüququdur. Bütün bunlara rəğmən situasiya ortadadır. Kimin düz ya səhv olmasından asılı olmayaraq gərginlik bu səviyyədə davam etsə, proseslər münasibətləri açıq hərbi fazaya keçirəcək. Nəticədə kimin ziyanın çox olacağı isə başqa məsələdir.
Fransada nümayişlər baş alıb gedir. Sözün əsl mənasında, uşaqdan böyüyə hamı Makron və onun hökumətinə etiraz edir. Bütün bunların hakimiyyətə təsiri olacaqmı?
Ümumiyyətlə, fransızlar inqilaba həmişə meyilli olublar. Hələ məşhur Fransa inqilabından üzü bəri fransız cəmiyyətində insanların küçə nümayişləri ilə etirazlarını bildirməsi adi hala çevirilib. Bu gün Fransada baş verənlər həmin etirazlardan biridir. Amma bu etirazlardan siyasi proseslərə təsir edəcək səviyyədə istifadə olunacağı şübhəsizdir. Onsuz da Emmanuel Makronun nüfuzu kritik həddə aşağı düşmüşdü. Ekspertlər onun gələcəkdə hakimiyyətini qoruyacağına şübhə ilə yanaşırdılar. Sosial islahatlar adı altında yeni ildən bir çox sahələr üzrə qiymət artımına getməklə bağlı qərarı isə insanları küçəyə çıxartdı. Bir müddət öncə təhsil sahəsində olmuş islahatlara etiraz olaraq tələbələrin və şagirdlərin də bu aksiyalara qoşulması ciddi siqnaldır. Hazırda ölkənin bir çox universitetləri, hətta dünyaca məşhur Sorobonna universiteti belə bağlanıb. Məlumdur ki, hökumət iğtişaşları yatırmaq üçün bütün gücündən istifadə edəcək. 100 mindən artıq polis bu işə cəlb olunub. Amma hesab edirəm ki, olan olub və hadisələrin siyasiləşdirilməsi an məsələsidir. Ölkə parlamentində xüsusi çəkiyə malik sol partiyalar hökumətə etimadsızlıq məsələsini gündəliyə çıxartmağa hazırlaşır. Paralel olaraq siyasi etirazlar da gündəlikdədir. İstənilən halda son hadisələr Makronun vəziyyətini ağırlaşdırıb.
Elmar Məmmədyarov İtaliyada Minsk qrupunun həmsədrləri və Ermənistanın xarici işlər naziri ilə görüşüb. Görüş zamanı mühüm və faydalı danışıqlar apardıqlarını bildirib. Qarabağla bağlı yeniliklər gözlənilirmi, yoxsa?
Bu görüşün detalları ilə bağlı məlumat olmadığı üçün ona hər hansı qiymət verə bilmərəm. Amma onu deyə bilərəm ki, mən ATƏT-in Minsk qrupu çərçivəsində hansısa faydalı danışıqların olmasına və bundan sonra olacağına inanmıram. İllərdir ki, eyni fikirləri həmsədrlərdən eşidirik. Hesab edirəm ki, biz faydalı danışıqlar mərhələsindən faydalı işlər mərhələsinə çoxdan keçməli idik. Ermənistanın mövqeyinə, zaman-zaman verdikləri işğalçılıq bəyanatlarına Minsk qrupunun reaksiyaları ortadadır. 20 ildən artıqdır zaman uzatmaqla quru bəyanatlar verməklə məşğul olan bir təşkilatdan nə isə gözləməməliyik. Problemin siyasi yolla həllini nizamlamağa iradəsi olan təşkilatın yaranmasına ehtiyac var. Heç olmasa hələlik Minsk qrupunun tərkibində rotasiya edilməsi ilə nəyəsə nail olmağa cəhd etmək olar. Mən hər zaman həm Fransanın, həm də Rusiyanın maraqlarına görə orada təmsil olunmasının əleyhinə olmuşam və bu tərkibdə nəticələrin əldə ediləcəyinə inanmamışam. Buna baxmayaraq Rusiyanın problemin yaranmasında və həll olunmasında açar dövlət kimi qəbul edərək orada qalmasına razılıq versək də, Fransanın hansı kriteriyalara görə orada olmasını anlamıram. Azərbaycanın hüququ var ki, Fransanın digər dövlətlə əvəz olunması təklifini versin. Hesab edirəm ki, Avropa İttifaqının (Aİ) üzv kimi qrupa qatılması danışıqlar prosesinə yeni nəfəs verərdi. Son vaxtlar bir çox Avropa siyasətçiləri Aİ-nin proseslərə aktiv qoşulmaqda maraqlı olduqlarını da bildiriblər.
Bildiyiniz kimi, Azərbaycan prezidenti İlham Əliyev Rusiyaya gedib. Ola bilərmi ki, Paşinyanla növbəti ayaqüstü dialoq olsun?
Görüşün məqsədi və formatı fərqli olduğundan inanmıram ki, prezidentlər arasında hansısa görüş və dialoq olsun. Bəlkə də diplomatik nəzakət qaydaları çərçivəsində hansısa salamlaşma ola bilər ki, bunu da dialoq hesab etmək olmaz. İstənilən dialoqu, hətta ayaqüstü qısa dialoqu buna hazır olanla aparmaq lazımdır. İndiyə qədər verdiyi bəyanatlardan sonra Paşinyanla hansı dialoqu aparmaq olar. Əgər öncədən gündəliyi hazırlanmış, razılaşdırılmış proqram olarsa, bu zaman nədənsə danışmaq olar.
Məlumdur ki, Ermənistanda növbədənkənar parlament seçkilərinə az qalıb. Nələr gözlənilir?
Müşahidələrim göstərir ki, əlahiddə bir hadisə baş verməsə, bu seçkinin qalibi Paşinyan və tərəfdarları olacaq. Çünki seçici elektoratında elə də ciddi dəyişiklik baş verməyib. Aşağı və orta təbəqənin əksəriyyəti hələ də Paşinyanı müdafiə edir. Doğrudur, burada Paşinyanın baş nazir olandan sonra Qarabağla bağlı verdiyi populist bəyanatlarının və daxildə apardığı bir sıra həbslərin də rolu var. Amma onun üçün əsas problem seçkilərdən sonra başlayacaq. Uzun müddət populist şüarlarla hakimiyyət idarə etmək mümkün deyil. Artıq həm xarici, həm də daxili siyasətdə işlər görməyə məcburdur. Əgər bu gün o islahatları apara bilməməkdə parlamenti günahlandırırsa, sabah parlamentə nəzarəti ələ alandan sonra bu bəhanə işləməyəcək və ona səs verən insanların tələbi daha kəskin olacaq. Onun işləyə bilməsi üçün digər əsas faktor Rusiya ilə münasibətlərini hansı şəkildə qurmasından asılı olacaq. Ermənistan Cənubi Qafqazda yeganə dövlətdir ki, Rusiya ilə hətta balanslı siyasət aparmaq iqtidarında deyil. Dövlət adlansa da, hərtərəfli Rusiyadan asılıdır. Bu asılılıqdan qurtarmaq üçün şərtlər isə onun əleyhinədir.
Bütün bunların fonunda Sarkisyanın taleyi necə olacaq?
Hesab edirəm ki Sarkisyanın vəziyyəti onun istefadan sonra özünü hansı şəkildə apardığından, Paşinyana qarşı formalaşan siyasi müxalifətin yaranmasında hansısa rolunun olub-olmamasından və seçkilərdən sonrakı mövqeyindən asılı olcaq. Əgər o, sakit durubsa və duracaqsa, ola bilsin ki, təqiblərdən yayınsın. Yaddan çıxmamalıdır ki, hakimiyyəti Paşinyana qansız, silahsız Sarkisyan təslim edib. Sarkisyanın bunu istəyərək, yaxud istəməyərək etməsindən asılı olmayaraq bu, faktdır. Buna baxmayaraq situasiyadan asılı olaraq onun haqqında da cinayət işinin qaldırılması variantları hər zaman gündəlikdə qalacaq. Amma Qarabağ klanın vaxtilə üzdə olmuş, adları müxtəlif cinayətlərdə hallanmış, Paşinyana müqavimət göstərmiş nümayəndələrinin həbsi isə qaçılmaz olacaq. Lakin bütün bunlar Paşinyanın qalib gələcəyi və hakimiyyətini qorumaq iqtidarında olacağı halda baş verə bilər.
AzNews.az
AzNews.az