Avropa İttifaqının  komissarı Oliver Varhelyinin Cənubi Qafqaza səfəri başlayır

Bu gün Avropa İttifaqının (Aİ) qonşuluq və genişlənmə üzrə komissarı Oliver Varhelyinin Cənubi Qafqaza səfəri başlayır.

Artıq O.Varhelyi Gürcüstandadır.

Xatırladaq ki, iyulun 8-də Aİ komissarı Azərbaycanda səfərdə olacaq. O Bakıda xarici işlər naziri Ceyhun Bayramov, Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev, iqtisadiyyat naziri Mikayıl Cabbarov və energetika naziri Pərviz Şahbazovla görüşəcək.

6-9 iyul tarixlərini əhatə edəcək Cənubi Qafqaz səfəri çərçivəsində Varhelyi Şərq Tərəfdaşlığı regionu üçün iqtisadi və investisiya planını təqdim edəcək, həmçinin ikitərəfli münasibətlər və COVID-19 pandemiyası ilə mübarizə mövzusunda əsas məsələlərini müzakirə edəcək.

Millət