AMİP sədri Yusif Bağırzadə Avropa Oyunlarını xalqın, dövlətin başını uca eləyən bir tədbir kimi xarakterizə etdi: "Bütün dünyaya Azərbaycan sübut etdi ki, möhtəşəm mədəniyyəti, tarixi var, ”Sarı gəlin"in müəllifi bizik, butanın sahibi bizik. İdmançılarımız da böyük uğurlara imza atıb dövlətimizin bayrağını dəfələrlə ucaltdılar. Azərbaycan sübut etdi ki, təkcə təşkilatçı kimi yox, eyni zamanda iştirakçı kimi də yüksək səviyyədə hazırlaşıb. Avropa Oyunlarında dünyaya bir daha sübut olundu ki, biz tolerant xalqıq. Avropa Oyunları bir sınaq idi. Azərbaycan bu sınaqdan üzüağ çıxdı".