Azərbaycana qarşı sanksiyalar yenə gündəmə gəldi

"Freedom House” təşkilatının prezidentinin çağırışına reaksiya: "İnandırıcı deyil, çünki...”

ABŞ-da yerləşən "Freedom House” təşkilatının prezidenti Mark Laqon "Amerikanın səsi” radiosuna Azərbaycandakı vəziyyətlə bağlı müsahibə verib. O, bildirib ki, Azərbaycanda vətəndaş cəmiyyətinə, müstəqil mətbuata və siyasi fəallara qarşı vüsət alan basqılar hökumətin sistematik siyasətinin göstəricisidir və Qərb dövlətləri Azərbaycan hökumətinin davranışına sərt reaksiya verməlidir: "Vəziyyət olduqca ağırdır. Avropa və Avrasiya üzrə müşahidəçilər dərk edirlər ki, bu, insan haqlarının bərbad durumda olduğu bir ölkədir. Buradakı siyasi məhbusların sayı Rusiya və Belarusda olduğundan ikiqat artıqdır. İfadə azadlığına, toplaşma azadlığına və vətəndaş cəmiyyəti təşkilatlarına qarşı basqılar sistematik hal alıb. Avropa İttifaqı və ABŞ enerji çıxışına, ticarətə və təhlükəsizlik maraqlarına verdiyi diqqəti insan haqlarına verməyib. Onlar da hesab edirlər ki, bu cür sərt tədbirlərə əl atmağa imkan var.

Amerika olaraq biz ünvanlı sanksiyalardan istifadə etməliyik. Biz pozuntulara və korrupsiyaya görə məsuliyyət daşıyan insanları hədəf almaq üçün dəqiq mexanizmlər inkişaf etdirmişik. Bu, həmin hədəfli sanksiyaları işlətmək üçün kamil situasiyadır".

Qeyd edək ki, bir müddət əvvəl ABŞ-da Azərbaycan hökumətinə, onun ayrı-ayrı təmsilçilərinə qarşı sanksiyalara tətbiq olunması qaldırılmışdı.

ABŞ dövlət katibinin sabiq köməkçisi David Kramerin açıqlamasında bildirmişdi ki, sanksiyalar ünvanlı olacaq və insan haqlarını pozulmasında məsul olan məmurlara tətbiq olunacaq. Bura viza qadağası və bank hesablarının dondurulması daxildir.